İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ISNA-ya müsahibəsində bildirib ki, İran Laçın dəhlizi məsələsinin Ermənistan və Azərbaycan arasında dialoq yolu ilə tezliklə həllinə ümid edir.
Arannews :Kənani deyib: "İran həmişə Ermənistan və Azərbaycan arasında mübahisələrin sülh yolu ilə həllini vurğulayır. 9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatının şərtlərinin tam yerinə yetirilməsi iki ölkə arasındakı fikir ayrılıqlarına son qoya bilər".
Kənani qeyd edib ki, regionda sülh və sabitliyin bərqərar olması lüzumsuz gərginliyin aradan qaldırılmasını tələb edir.