Tarix : 2022 Dec 22
Kod 63191

Əmir Abdullahian Ərəbistanın XİN başçısı ilə görüşüb

İranın xarici işlər naziri Səudiyyə Ərəbistanının İranla danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

Arannews : İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian çərşənbə günü öz Twitter hesabında ərəb dilində yazıb: "İranın İraqa dəstəyini göstərmək üçün İordaniyanın paytaxtı Əmmanda keçirilən İkinci Bağdad Konfransında iştirak etdim. Görüşün kənarında Oman, Qətər, İraq, Küveyt və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri kimi bəzi həmkarlarımla dostluq söhbətlər etmək imkanım oldu və səudiyyəli həmkarım mənə ölkəsinin İranla danışıqları davam etdirməyə hazır olduğunu bildirdi". 

Bu, 2016-cı ildə münasibətlər kəsildikdən sonra iki ölkə rəsmiləri arasında ən yüksək səviyyəli görüşdür.

  • Yazılıb
  • da (də) 2022 Dec 22
  • Göndərən جهان کمالی