Bəxtiyar Hacıyevin müdafiəsi ilə bağlı keçirilən aksiya ilə bağlı saxlanılan bütün digər fəallar sərbəst buraxılıb. Bu barədə Turan-a Azərbaycan Xalq Cəbhəsi Partiyasından məlumat verilib.
Arannews :Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) koordinasiya mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzasına məruz qalıb. Bu barədə Turan-a onun vəkili Neymət Kərimli məlumat verib.
Məhkəmə Yaqublunu İnzibati Xətalar Məcəlləsinin "xırda xuliqanlıq" və "polisə tabe olmamaq" maddələri ilə təqsirli bilib.
Lakin Yaqublu ittihamı rədd edib və Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən dinc etiraz aksiyasında iştirak etdiyinə görə təqib olunduğunu bildirib.
Vəkil də ittihamı əsassız adlandırıb.
Jurnalistlərin çəkdiyi videogörüntülərdə Yaqublunun aksiya yerinə gələn kimi dərhal saxlanılması əks olunub.