Tarix : 2022 Dec 24
Kod 63194

Tofiq Yaqublu həbs edilib, B.Hacıyevin müdafiəsilə bağlı digər saxlanılan fəallar sərbəst buraxılıb

Bəxtiyar Hacıyevin müdafiəsi ilə bağlı keçirilən aksiya ilə bağlı saxlanılan bütün digər fəallar sərbəst buraxılıb. Bu barədə Turan-a Azərbaycan Xalq Cəbhəsi Partiyasından məlumat verilib.

Arannews :Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ)  koordinasiya mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzasına məruz qalıb. Bu barədə Turan-a onun vəkili Neymət Kərimli məlumat verib.

Məhkəmə Yaqublunu  İnzibati Xətalar Məcəlləsinin "xırda xuliqanlıq" və "polisə tabe olmamaq" maddələri ilə təqsirli bilib.

Lakin Yaqublu ittihamı rədd edib və Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən dinc etiraz aksiyasında iştirak etdiyinə görə təqib olunduğunu bildirib.

Vəkil də  ittihamı əsassız adlandırıb.

Jurnalistlərin çəkdiyi videogörüntülərdə Yaqublunun aksiya yerinə gələn kimi  dərhal saxlanılması əks olunub.

  • Yazılıb
  • da (də) 2022 Dec 24
  • Göndərən جهان کمالی