Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri dekabrın 26-27-də Sankt-Peterburqda Yeni il öncəsi ənənəvi qeyri-rəsmi sammitə toplaşacaqlar.
Arannews :"TASS"a istinadla verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüş Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçiriləcək.
MDB-nin icraçı katibi - İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, sammitin birgə əməkdaşlığın möhkəmlənməsinə əlavə təkan verəcəyinə ümid edir.
Özbəkistan tərəfinin verdiyi məlumata görə, sammit iştirakçıları MDB məkanında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcək, praktiki əməkdaşlığın prioritet istiqamətləri üzrə fikir mübadiləsi aparacaqlar.