Türkiyə prezidenti deyib: “Təəssüf ki, Ronaldo siyasi məsələlərə qurban verildi.”
Arannews :Türkiyə prezidenti Ərzurumda gənclərlə görüşündə 2022-ci il dünya çempionatının final mərhələsində iştirak etmək üçün Qətərə səfəri haqda danışıb və Ronaldo ilə Messinin müqayisəsilə bağlı suala belə cavab verib: “Təəssüf ki, Ronaldo siyasi məsələlərə qurban verildi. Ronaldo Fələstin məsələsində fələstinlilərin yanında olan bir kəsdir.”
Türkiyə prezidenti qeyd edib ki, Ronaldonu ikinci hissədə və ya oyunun bitməsinə 15 dəqiqə qalmış oyuna buraxmaq bu futbolçunun psixi pozğunluğuna səbəb oldu.
Ərdoğan final oyunu haqda da bunları deyib: “Fransa prezidenti Emmanuel Makrona Argentinanın çox yaxşı oynadığını və buna görə də Fransanın məğlubiyyətinə məyus olmamağı söylədim.”