Tarix : 2022 Dec 29
Kod 63208

Amerikanın Qafqazda Rusiyaya qarşı yeni cəbhə açmaq üçün senarisi

Ukraynada müharibə ABŞ, NATO və Avropa müttəfiqlərinin xarici siyasətinin məqsədlərinə, maraqlarına və perspektivlərinə zidd gedir.
Arannews :Ukraynada müharibə ABŞ, NATO və Avropa müttəfiqlərinin xarici siyasətinin məqsədlərinə, maraqlarına və perspektivlərinə zidd gedir. Ötən on ayda amerikalılar Rusiyanı məğlub etmək, zəiflətmək və ya dayandırmağa əsaslanan "taktiki məqsədlər" ilə hərbi-kəşfiyyat yardımı, siyasi, diplomatik və beynəlxalq hərəkətlər, iqtisadi sanksiyalar və s. formasında bir sıra tədbirlər həyata keçiriblər, amma bu sahədə istədikləri və real nəticə əldə etməyiblər.
Həmid Xoşayənd, regional məsələlər üzrə ekspert
 
Ağ Ev indiyə qədər Ukraynaya 100 milyard dollardan çox yardım edib. Bura 60 milyard dollar hərbi yardım, 27 milyard dollar hökumət yardımı və 15 milyard dollar “humanitar” yardım daxildir. İkinci yerdə 5 milyard dollardan çox hərbi yardımla Britaniya dayanır. Ukraynaya silah yardımının növbəti pillələrində Avropa İttifaqı, Almaniya, Polşa, Estoniya və Kanada da var.
Bu yardımlar qısa müddətdə rusların Ukraynada irəliləməsinin qarşısını almaq və ölkə cəbhəsini gücləndirmək üçün verilib. Bundan əlavə, pərdə arxasında “strateji hədəflər” olub və bunu “Rusiyaya qarşı konflikt atmosferinin saxlanması”, habelə “silah bazarlarının çiçəklənməsi” çərçivəsində də qiymətləndirmək olar ki, hətta Avropa ölkələrini bu münaqişə mühitinə çəkmişdir və baha başa gələn proseslərlə Amerikanın maraqlarına xidmət etməyə məcbur etmişdir.
Ötən on ayda Ukraynada gedən müharibə nəticəsində Rusiyaya çoxlu ziyan dəysə də, Amerika bu müharibədə anti-Rusiya məqsədlərinə nail ola bilməyib. Eyni zamanda, Ukraynadakı müharibə Avropa ölkələri və NATO-nun qarşısında “narahatedici perspektiv” qoyub.
NATO-nun baş katibi Yens Stoltenberqin bir neçə həftə əvvəl verdiyi diqqətiçəkən bəyanatlar, avropalıların bu ağır xərcləri olan hərbi, iqtisadi, siyasi və təhlükəsizlik müharibəsinin davam etməsi ilə bağlı narahatlığının dərinliyini göstərir. Stoltenberq açıqlamasında dedi: “Rusiyanın qələbəsi bütün NATO üçün pis olacaq. Çünki bu hadisə təkcə Putinə deyil, Çin kimi totalitar liderlərə də mesaj verir ki, onlar da hərbi gücdən istifadə etməklə öz məqsədlərinə nail ola bilərlər.”
Ukrayna müharibəsində strateji nəticələr əldə etmək və mövcud narahatlıqları həll etmək səyləri ABŞ hökumətinin NATO ilə birlikdə Gürcüstan vasitəsilə “Rusiyaya qarşı yeni cəbhə açmağa” çalışdığı yeni senariyə gətirib çıxarıb. Rusiyanın bununla bağlı verdiyi məlumata diqqət etməklə, NATO və ABŞ Gürcüstanı Cənubi Osetiya və Abxaziyada münaqişə yaratmağa təhrik edir, bununla da Rusiyanı Qafqaza cəlb etməyə cəhd göstərir.
Bu haqda Rusiya Xarici İşlər Nazirliyində Müstəqil Dövlətlər Birliyinin dördüncü departamentinin rəhbəri Denis Qonçar deyib: “Rusiyaya qarşı müharibənin ikinci cəbhəsini açmaq üçün Kiyev və bəzi qərb dövlətləri tərəfindən Gürcüstana təxribat xarakterli müraciətlər edilib.”
Təbii ki, bu məsələ Ukraynada müharibə başlayandan bəri mövcuddur, amma son həftələr Gürcüstana bu barədə təzyiqlər artıb.
Amerika Rusiyanı Abxaziya və Cənubi Osetiyaya cəlb etməklə Rusiyanın diqqətinin mühüm hissəsini Ukraynadan Qafqazdakı münaqişəyə çevirməyə çalışır. Beləliklə, Ukraynadakı müharibə balansını Amerika və Avropa müttəfiqlərinin xeyrinə çox dəyişsin. Lakin mövcud problemləri və maneələri, habelə Gürcüstanın bununla bağlı mülahizələrini nəzərə alsaq, aşağıdakı səbəblərə görə bunu reallaşdırmaq praktiki olaraq mümkün deyil:
Birincisi, son illərin Tbilisi və Moskva hadisələrinin təcrübəsi göstərir ki, Gürcüstan Rusiyanın Qafqaza müdaxiləsi üçün qabaqcadan məğlub olmuş cəbhədir. Osetiya və Abxaziya Sovet İttifaqının dağılmasından və Gürcüstan müstəqillik əldə etdikdən sonra muxtar şəkildə idarə olunur. 2008-ci ildə NATO-nun təhriki ilə Gürcüstan bu əraziləri hərbi hücumla ilhaq etməyə çalışdı və bu, Rusiya ordusunun sərt cavabı ilə qarşılandı.
2008-ci ildə Gürcüstanın Rusiya ilə münaqişəsi Tbilisi dövlət siyasətçiləri üçün çox xərc götürən bir təcrübəyə çevrildi ki, bu kontekstdə adıçəkilən iki bölgə ilə bağlı hələ də iddialarının olmasına baxmayaraq, bir daha Moskvaya ilə qarşıdurmaya girməsinlər.
İkincisi, Gürcüstan üçün Abxaziya və Osetiya və ya hər hansı başqa məsələ ilə bağlı yenidən münaqişənin baş verməsi fəlakətli nəticələrə gətirib çıxara bilər. Hətta bu ölkənin ictimai rəyi də bundan qaçır. Sorğulara görə, Gürcüstan əhalisinin 93 faizi Cənubi Osetiya və Abxaziya məsələsində Rusiya ilə hərbi mexanizmlərin əleyhinədir və diplomatik həll yollarını hər şeydən üstün tutur. Buna görə də, Rusiyanın Ukraynaya hücumuna qarşı çıxmasına baxmayaraq, Gürcüstan ehtiyatlılıq və neytrallıq tərəfini tutub, hətta anti-Rusiya sanksiyalarına da qoşulmayıb.
Üçüncüsü, Ukrayna müharibəsi təcrübəsi, Amerika və Avropanın Ukraynaya qarşı ziddiyyətli və ikili davranışı, onun görünən və gizli aspektlərinin üzə çıxması, –hansı ki, bir ölkənin varlığını və mövcudluğunu öz maraqlarını təmin etmək üçün alətə çevirdiyi görünür– Gürcüstanın ictimai rəyində və hökumətində güclü bədbinlik mühiti yaradıb və Ukrayna üçün hazırladıqlarından “daha ​​təhlükəli tələyə” düşə bilmələrindən qorxurlar.
Dördüncüsü, Rusiya ilə münaqişənin başlanacağını fərz etsək, gürcülərin müharibəyə girəcəyinə heç bir zəmanət yoxdur, çünki ABŞ, Avropa və NATO-nun onlara dəstək verəcəyinə zəmanət yoxdur. Həm də bu müharibənin ölçüləri və əhatə dairəsi şübhəsiz Ukraynadan daha böyük olduğundan dağıdıcı təsirləri də ağır olacaq. Gürcülər yaxşı bilirlər ki, indiki Ukraynaya on ay əvvəlki vəziyyətə qayıtmaq üçün iyirmi ildən çox vaxt və ən optimist halda 700 milyard dollardan çox maliyyə vəsaiti lazımdır!
Amerika və onun qərb müttəfiqləri Ukrayna məsələsində göstərdikləri iddiaların və “sülh jestlərinin”, bəyannamə mövqelərində özlərini hər zaman Ukraynada müharibənin dayandırılması üçün həll yollarının və mexanizmlərinin tərəfdarı kimi göstərmələrinin əksinə olaraq, əməldə müvəffəqiyyət ehtimalı çox aşağı olsa belə Ukraynada və Rusiya ətrafında müharibə ab-havasını yaşada bilən hər hansı bir variantı alqışlayırlar. Bu, təkcə Gürcüstan üçün deyil, həm də dünya ictimaiyyəti üçün tam təsdiqini tapmış məsələdir.

 
  • Yazılıb
  • da (də) 2022 Dec 29
  • Göndərən جهان کمالی