Tarix : 2022 Dec 31
Kod 63213

İranda "Zülfüqar 1401” adlı hərbi təlimlər keçirilir

İran Silahlı Qüvvələrinin hərbi təlimi Hörmuz boğazının şərqindən Hind okeanının şimal bölgəsinə qədər ərazini əhatə edir.

Arannews :iran ordusunun kordinator müavini admiral Həbibullah Səyyari deyib:İllik təqvimdə döyüş qabiliyyətinin təkmilləşdirilməsi üzrə praktiki məşğələlərin tərkib hissəsi kimi nəzərdə tutulan bu təlimdə quru qoşunlarının piyada, zirehli, mexanikləşdirilmiş hissələri, hava hücumundan müdafiə qüvvələrinin müdafiə sistemləri, yeraltı, yerüstü, qırıcı dəstəyi ilə ordu donanmasının suüstü, uçan gəmiləri və hərbi-Hava Qüvvələrinin strateji bombardmançı təyyarələrinin iştiraki ilə keçirilir.

Admiral Səyyari əlavə edib: İran İslam Respublikası Ordusunun genişmiqyaslı təliminin region ölkələrinə verdiyi mesaj, hər kəsin əcnəbilərə ehtiyac olmadan sülhün bərqərar olması üçün birlikdə çalışması prinsipi əsasında bölgə daxilində mövcud imkanların xatırladılmasıdır, çünki tarix sübut edib ki,  regiondankənar dövlətlərin bölgədə iştirakının işğalçılıq və müharibə yaratmaqdan başqa heç bir nəticəsi olmamışdır.

  • Yazılıb
  • da (də) 2022 Dec 31
  • Göndərən جهان کمالی