Arannews :islam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, general Süleymani müqaviməti maddi, mənəvi və ruhi cəhətlərdən gücləndirməklə bu ölməz və inkişaf etməkdə olan fenomeni sionist rejimin, həmçinin Amerikanın və digər zalım ölkələrin nüfuzları qarşısında qoruyub, təchiz və bərpa edibdir.
Həzrət Ayətullahuluzma Xamenei bu gün general Süleymaninin anım mərasiminin təşkilat komitəsinin üzvləri və o böyük şəhidin ailəsi ilə görüşdə, Seyid Həsən Nəsrullahın general Süleymanini əvəzolunmaz bir insan kimi təqdim etməsini, general Süleymaninin müqaviməti canlandırmaq sahəsindəki əməyinin önəminin dərk edilməsində, böyük bir fəsil adlandırıblar.
Fələstinlilərin sionistlərlə qarşılaşmadakı irəliləyişləri, həmçinin müqavimətin İraq, Suriya və Yəməndəki nailiyyətlərinə toxunan İnqilab Rəhbəri əlavə ediblər: General Süleymani müqəddəs müdafiə illərinin təcrübələri və öz köməkçilərinin məşvərətlərindən istifadə etməklə, müqaviməti, həmin ölkələrin daxili imkanlarına söykənməklə qüdrətli etdi.
O həzrət həmçinin böyük İŞİD fitnəsinin durdurulması və onun bir çox kökünün kəsilməsini general Süleymaninin mühüm işlərindən adlandırıblar. Bildiriblər ki, şəhid Süelymani həmin məsələdə də imtahandan yaxşı çıxdı.
İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general İsmayıl Qaaninin təqdirəlayiq fəaliyyətlərini yüksək dəyərləndirən İnqilab Rəhbəri vurğulayıblar ki, müqavimət məcmuəsi özünü İran İslam Respublikasının strateji dərinliyi və İslamın qol-qanadı hesab edir və bu hərəkət elə həmin istiqamətdə davam edəcək.
Həzrət Ayətullahuluzma Xamenei çıxışlarının digər hissəsində general Süleymaninin ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi və xalqın onun müxtəlif anım mərasimlərindəki könüllü iştirakını general Süleymaninin saflığının nəticəsi adlandırıb və qeyd ediblər ki, bu il də
ötən ildə olduğu kimi, xalqın iştirakı əzəmətlidir.
Başda general Süleymani olmaqla bütün şəhidlərin xatirələrinin yaşadılması vacibliyinə təkid edən İnqilab Rəhbəri vurğulayıblar ki, müxtəlif incəsənət sahələrindən istifadə edilməklə, şəhidin xatirəsi, fərdi özəllikləri və əməyi yaşadılmalıdır.