İran İslam Respublikasının Gürcüstandakı səfirliyində İranın İnqilab Keşikçilər Korpusunun "Qüds" güclərinin komandanı Qasim Süleymani və İraqın "Haşdi Şabi" könüllülər briqadasının komandir müavini Əbu Mehdi Əl Mühəndisinin qətlə yetirilməsinin 3-cü il dönümü ilə bağlı terrorizm və ekstremizmlə mübarizə mövzusunda konfrans keçirilib.
24News.ge xəbər verir ki, konfransda fövqəladə və səlahiyyətli səfir Mahmud Ədibi, Gürcüstan Müsəlmanlar İdarəsinin Şeyxi Hacı Ramin igidov, Gürcüstanın Cavaxaşvili adına dövlət universtetinin professoru Giorgi Lobcanidze və digər bir sıra ali qonaqlar çıxışlar ediblər. Natiqlər öz çıxışlarında dünyada gedən qlobal anti islamfobiyalardan, islama qarşı yönəldilən əsassız informasiya müharibəsindən və "İşid" kimi bir terror təşkilatını islam adına yaradaraq dünyada məqsədyönlü cinayətlərin törədildiyini qeyd ediblər. Bildirilib ki, Qasim Süleymaninin və Əbu Mehdi Əl Mühəndisinin qətlə yetirilməsi də islam düşmənlərinin həyata keçirdikləri böyük terror əməllərindəndir. Qeyd olunub ki, bu kimi cinayətləri törədənlər mütləq şəkildə cəzalandırlmalıdırlar. Qeyd edək ki, baş tutan konfransda Qasim Süleymaninin və Əbu Mehdi Əl Mühəndisinin barəsində hazırlanan video çarxlar da nümayiş etdirilib.
www.24news.ge