Şəhid Qasim Süleymaninin şəxsiyyətinin müxtəlif aspektlərinin tanınması çox illər çəkəcək. Hacı Qasim SEPAH-ın Qüds Qüvvələrində olduğu vaxtdan müsəlman millətlərin həmrəyliyinə çox uca üfüqdən baxmışdır və bu yolda böyük addımlar atmışdır.
Arannews :Müqavimət cəbhəsinin komandiri, general-leytenant Qasim Süleymaninin köməkçisi və yaxın silahdaşı Məhəmmədreza Əsədbeygi Hacı Qasimin Qafqaz bölgəsinin cavanlarına və müsəlmanlarına baxışı haqda xatirələrini paylaşıb.
Təbrizin “Səhənd” televiziya kanalının “İranın-Canı” xüsusi verlişinin qonağı olan M. Əsədbeygi deyib:
Hacı Qasim belə inanırdı ki, Qafqazın cavanları və möminləri həzrət İmam Zamanın (əc) ilk köməkçiləri olacaqdır. O, bu məsələyə tam etiqad bəsləyirdi. Bir dəfə ona dedim: - Sizin dediyiniz bu söz çox ağır və böyükdür. Bu sözünüzə sübutunuz, istinadınız varmı? Dedi: - Bəli, mən mütaliə etmişəm və bilirəm, İmam Zaman (əc) zühur etdikdə ona ilk qoşulanlar Azərbaycan əhalisi olacaq.
M. Əsədbeygi xatirələrinin davamında deyib: Hacı Qasim daim tapşırıq verib deyirdi: “Azərbaycanın cavanları və xalqı Ali-Məhəmmədin kimsəsiz qalmış davamçılarıdır. Onları öz kimliklərinə qaytarmaq lazımdır.”
Hacı Qasimin bu sözünün səbəbi o idi ki, Azərbaycanın şiə xalqının kimliyi rus çarlığı və kommunist rejimi dövründə tapdalınmışdı və 70 illik kommunist rejimi dövründə onların kimliyini dəyişməyə təlaş etmişdilər.
Qafqaz müsəlmanlarının islami kimliklərinin qaytarılması üçün atılmış addımların nəticəsi özünü Ermənistan-Azərbaycan müharibəsində göstərdi. Belə ki, Azərbaycan ordusununun əsas hissəsini mömin, inanclı şiə cavanlar təşkl edirdi. Bu döyüşdə əsas rolu həmin mömin cavanlar ifa etdilər. Baxmayaraq ki, bu mövzu Azərbaycan KİV-ləri tərəfindən görməməzliyə vuruldu.