Tarix : 2023 Jan 08
Kod 63239

Azərbaycanda daha 120 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yeni 120 yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.
Arannews :Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816382 nəfər müalicə olunaraq sağalıb, 10017 nəfər vəfat edib, aktiv xəstə sayı 404 nəfərdir.

Ölkədə son sutka ərzində 2459, hazırkı dövrədək isə 7441759 test aparılıb.

  • Yazılıb
  • da (də) 2023 Jan 08
  • Göndərən جهان کمالی