növbəti etiraz aksiyasının yeri və vaxtı avqustun 11-də keçiriləcək toplantıda müəyyənləşəcək
Azerbaijan Servisi/Aran Agentliyi
"Müsavat" Partiyası gələn həftədən irimiqyaslı kütləvi aksiyalar keçirmək barədə qərar qəbul edib. Bu haqda ANS PRESS-ə partiyanın Mərkəzi İcra Apratının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, növbəti etiraz aksiyasının yeri və vaxtı avqustun 11-də keçiriləcək toplantıda müəyyənləşəcək. "Mitinq Komitəsinin təklifləri nəzərə alınaraq, buna qərar veriləcək. Partiya seçkilərdə iştirak etməsə də, proseslərdə fəallıq göstərəcək. Seçkilərdə müşahidəçi qismində iştirakımız da istisna deyil. Qanun pozuntuları baş verərsə, məhkəmələrə və beynəlxalq qurumlara müraciət edəcəyik".