Tarix : 2023 Jan 09
Kod 63242

İranın amerikan Əynüləsəd bazasına qarşı raket hücumunun ildönümüdür

yanvarın səkkizi, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Amerikanın İraqda yerləşən Əynüləsəd bazasına qarşı raket hücumunun ildönümü günüdür. Sözügedən hücum dünya medialarında geniş əks-səda doğurmuşdu.

Arannews :islam İnqilabı Keşikçiləri Korpusu Amerika hökumətinin general-leytenant pasdar Qasim Süleymaniyə qarşı terror hərəkətinə cavab olaraq, 2020-ci il yanvarın səkkizində on ədəddən çox raketlə Amerikanın İraqın Ələnbar vilayətində yerləşən Əynüləsəd bazasını hədəfə aldı.

Həmin əməliyyatda Fateh-313 və Qiyam tipli on üç ballistik raket Əynüləsəd bazasına atıldı. Sepah-ın hava-kosmos qoşunlarının komandanı briqada generalı pasdar Əmir-Əli Hacızadənin dediyinə görə, raketlər dəqiqliklə öz hədəflərinə düşməklə amerikanların bu bazadakı mühüm hərbi avadanlıqlarını məhv etdilər.

Amerikanın ozamankı prezidenti Donald Tramp Sepah-ın raket əməliyyatından sonra iddia etdi ki, İranın Əynüləsəd bazasına qarşı raket hücumunda ölən və yaralanan olmayıb, amma Pentaqon elə həmin ilin fevralında bildirdi ki, yüz doqquz amerikalı hərbçi beyni travması alıb.

Amerikanın CNN telekanalı, həmçinin bəzi Avropa mediaları həmin hücumdan sonrakı ilk günlərdə öz məlumatlarında, amerikalı əsgər və hərbçilərin İranın raket hücumu gecəsindəki qorxuları və Əynüləsəd bazasındakı qarışıq durumdan söz açdılar.

CNN-in və digər mediaların Əynüləsəd bazası barədə yaydıqları təsvirlər amerikanların təsisatlarının dağılmasının geniş həcmindən xəbər verirdi.

Ameika ordusunun mərkəzi qərargahının ozamankı rəisi general Makkenzi etiraf etdi ki, bundan öncə belə bir hücum görməyib və Sepah-ın raketləri amerikalı hərbçilərin başlarına yağdılar.

Sepah-ın baş komandanı general-leytenant pasdar Hüseyn Salaminin o zaman bildirdiyi kimi, İranın Amerikanın terrorçu hərəkətinə cavabı və Əynüləsəd bazasına hücumu strateji, lakin məhdud bir addım kimi beynəlxalq təsirə malik olub. Zira İran İslam Respublikası bir yerdə, Amerikanı durdurmalı və ona anlatmalı idi ki, İran qarşısındakı hesablamalarına yenidən nəzər salmalıdır.

  • Yazılıb
  • da (də) 2023 Jan 09
  • Göndərən جهان کمالی