Gürcüstan Servisi/Aran Agentliyi
İsrail Gürcüstana silah satışını dondurub.
İslam-Azeri-nin İsrail KİV-lərinə istinadlı xəbərinə görə İsrail-Rusiya əlaqələrinin soyumasından ehtiyatlanan Sionist-İsrail höküməti Gürcüstana silah və pilotsuz təyyarə satışını dayandırıb.
Bu xəbəri İsrailin Maariv qəzeti İsrail Xarici İşlər Nazirliyinə istinadən yayıb.
Diqqətinizə çatdıraq ki, İsrail 200 milyon dollarlıq silahı artıq Gürcüstan hökümətinə satmışdı.
İsrail ABŞ-nin xahişi ilə Şri Lankaya da silah satışını bir neçə ay dayandırmışdı. Səbəb isə bu silah arsenalından İran hökümətinə sızması idi.