İran parlamenti İslam Şurası Məclisinin sədri İran, Türkiyə və Azərbaycanın üçtərəfli görüşünü faydalı və təsirli qiymətləndirib və deyib: "Bu görüşlər davam edəcək və xarici işlər, müdafiə nazirləri və liderlər səviyyəsində də keçirilməsi planlaşdırılır".
Arannews: Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyası üçün Türkiyəyə səfərindən sonra İranın xəbər kanalına ilə videobağlantıda bu səfər və görüşün ən mühüm nailiyyətlərindən danışıb və əlavə edib: "Son üç ildə koronavirus pandemiyası ilə əlaqədar videokonfrans vasitəsilə keçirilən bu iclas bu il əyani şəkildə keçirildi və Asiya ölkələrindən müxtəlif səviyyələrdə 44 parlament nümayəndə heyəti onda iştirak edirdi.
O, əlavə edib: "Görüşün özü, orada edilən çıxışlar və ikitərəfli əlaqələr çox yaxşı və effektli idi. Xüsusilə, bu görüş çərçivəsində Türkiyə və Azərbaycan parlamentlərinin sədrləri ilə ikitərəfli və üçtərəfli görüşlər keçirdik".
İran parlamentinin sədri bu üç ölkə arasında xüsusi əlaqələrə və geosiyasi mövqeyə toxunaraq, bildirib: "Türkiyə, Azərbaycan və İran arasında keçirilən üçtərəfli görüşdə üç ölkə arasında yüklərin daşınması, tranzit və enerji mübadiləsi kimi məsələləri müzakirə etdik. Xüsusən son vaxtlar Azərbaycanla İran arasında yaranmış anlaşılmazlıqlar aradan qaldırıldı və mən bu yaxınlarda Bakıya gedəcəyəm".
Qalibaf bu üçtərəfli görüşün mütəşəkkil şəkildə davam etdirilməsi və növbəti görüşün yaxın vaxtlarda keçirilməsi barədə razılığa gəlindiklərini bəyan edərək, bu görüşlərin Şimal-Cənub və Şərq-Qərb tranzit marşrutları üzrə tranzit imkanları və İranın iqtisadi inkişafı üçün çox səmərəli və təsirli olduğunu bildirib.
O, bu üçtərəfli görüşlərin xarici işlər nazirləri, müdafiə nazirləri və liderlər səviyyəsində baş tutacağını vurğulayıb və yaxşı koordinasiya ilə iqtisadi əlaqələrdə, xüsusən də nəqliyyat, tranzit, və enerji sahələrində yeni imkanların yaranacağına ümidvar olduğunu bildirib.