İslam İnqilabının Böyük Rəhbəri hamının düşündüyünün əksinə olaraq, Yəmən müharibəsində “ərəb koalisiyasının iflasa uğrayacağını” necə proqnozlaşdırdı?
Arannews :islam İnqilabının Böyük Rəhbəri hamının düşündüyünün əksinə olaraq, Yəmən müharibəsində “ərəb koalisiyasının iflasa uğrayacağını” necə proqnozlaşdırdı?
2015-ci ilin aprelində İran Rəhbəri çıxışında Yəməndəki müharibədən danışır.
2020-ci ilə qayıtsaq, Səudiyyə Ərəbistanının başladığı döyüşdə qalib gəlmə ehtimalı çox yüksək görünür.
Birincisi, son dərəcə səs-küylü və çoxmillətli koalisiya yaratmışdır.
İkincisi, qırıcılar və ən yaxşı hərbi texnika alıb və bir neçə ölkənin köməyi ilə Yəmənə hava zərbələr endirməyə başlayıb.
Üçüncüsü, cəbhədə Afrika və Ərəb ölkələrindən Yəmənə ən yaxşı muzdlu qüvvələri gətirib və onları ən yaxşı silahlarla təchiz etmişdir.
Dörcüncüsü, Amerika və Qərb silah zavodlarından almadığı bir şey qalmayıb...
Ən əsası isə, media, qərbin hökumətləri və beynəlxalq sistem bu hərbi hücumla tam razılaşdırılıb və buna uyğun hərəkət edirlər.
Demək olar ki, hər şey kağız üzərində bitib və müharibənin qalibi Səudiyyə Ərəbistanıdır.
Belə vəziyyətdə Ali Məqamlı Rəhbər hər kəsi şoka salan bir söz deyir.
İnsan bəzən sənədlərin, sübutların gələcəkdə belə bir hadisənin şahidi olacağımızı göstərdiyi şəraitdə bu olayın baş verməsindən danışır. Ancaq bəzən vəziyyət fərqlidir. Sübutlar göstərir ki, A variantı baş verir. Bununla belə, kimsə hamının fikrinə qarşı çıxaraq B variantının mütləq baş tutacağına dair təkid edir. Bu zaman məsələ daha diqqətlə araşdırılmalıdır.
O günlərin vəziyyətini, Səudiyyə Ərəbistanının üstünlükdə olmasını və ABŞ-ın ona maksimum dəstəyini nəzərə alaraq, İran liderinin bu cümləsini oxuyun: “Səudiyyə hökuməti Yəmənə hücum etməklə səhvə yol verdi və regionda çox pis və bəyənilməz bir bidətin əsasını qoydu. Bu günlərdə Səudiyyə hökumətinin Yəməndə etdikləri eynilə sionistlərin Qəzzədə törətdiyi cinayətlərdir. Şübhə yoxdur ki, Səudiyyə hökuməti bu məsələdə böyük ziyanla üzləşəcək və heç bir vəchlə qalib çıxmayacaq. Bunun nəyə əsaslandığı açıq-aydındır: sionistlərin hərbi gücü bu səudiyyəlilərin hərbi gücündən qat-qat artıq idi. (İştirakçılar gülür) Dəfələrlə çox və neçə qat. Onların hərbi qabiliyyəti var idi, onun qarşısında dayanan Qəzzə isə bir qarış yer idi. Halbuki, Yəmən on milyonlarla əhalisi olan, geniş əraziyə malik bir ölkədir. Əgər onlar Qəzzədə qalib gələ bilsələr, bunlar da burada qalib gələ bilərlər. Hətta, onlar qalib gələ bilsəydilər belə, yenə də bunların qələbə ehtimalı sıfıra bərabərdir. Heç şübhəsiz, səudiyyəlilər zərbə alacaq və mütləq burunları ovulacaq.”
İran Rəhbərinin proqnozundan təxminən 2855 gün keçir. İndi Səudiyyə Ərəbistanı və Yəmən atəşkəs rejimindədir. Eyni zamanda Səudiyyə Ərəbistanı Ənsarullahla müzakirə masasına oturub və Yəmən tərəfinə mesajlar göndərərək təkid edir ki, müharibənin bitməsini qəbul etməyə hazıram! Ancaq bir xahişim ki, Ərəbistanının dərinliyini təhdid etməyəcəyinizi qəbul edin!!
Ali Məqamlı Rəhbər Səudiyyə Ərəbistanının məğlubiyyətini əminliklə söyləmək üçün bu qənaətə necə gəldi?
Onun dedikləri gələcəyi tədqiqat edən mərkəzlərin nəticəsidirmi? Əgər belədirsə, niyə Amerikanın bütün bu iddialarla, belə mərkəzləri yoxdur? Bəs niyə onlar “sağmal inək”in məğlubiyyətini proqnozlaşdıra bilmədilər? Üstəlik, bunu İranda bu ölkənin Ali Məqamlı Rəhbəri ilə bir masa ətrafında əyləşənlər Rəhbərin onların düşündüklərinin ziddinə fikir bildirdiyini və onun haqlı olduğunun indi sübuta yetdiyini niyə etiraf edirlər? Ona görə də qətiyyətlə demək olar ki, Ali Məqamlı Rəhbərin dedikləri, 33 günlük müharibə haqqında dedikləri (Hizbullahın qələbəsini proqnozlaşdırmaq) kimi gələcəyi araşdırmaqlıqdan daha böyük bir məsələdir. Necə ki, o zaman Qasım Süleymani kimi cəbhədəki reallıq və faktlar haqqında dəqiq məlumatı olan şəxslər Ali Məqamlı Rəhbərin proqnozlarından çox təəccübləndiklərini, məhz cəbhə faktlarına və hər kəsin fikrinə zidd olaraq belə bir hadisənin baş verməsindən heyrətləndiklərini vurğulayırdılar...
İrandakı iğtişaşların üstündən yüz gündən çox vaxt keçir. İndiyə kimi müxtəlif proqnozlar vermiş İran Rəhbəri bu iğtişaşları Əhzab müharibəsi ilə müqayisə edib. Əhzab müharibəsi Allah Rəsuluna (s) qarşı tətbiq edilmiş ən çətin döyüşlərdəndir. Lakin onun sonu Məkkənin fəthi ilə nəticələndi.
33 günlük müharibədə hamının düşündüyünün əksinə olaraq müqavimətin tarixi qələbəsindən danışan və Səudiyyə Ərəbistanının məğlubiyyətindən 2855 gün əvvəl xəbər verən Seyid Əli Hüseyni Xamenei bugünkü iğtişaşlarda hansı həqiqəti görmüşdür? Növbəti illərdə iranlıların qarşısında nə dayanır?