Tarix : 2023 Jan 17
Kod 63263

Putin: İqtisadi vəziyyət sabitdir, proqnozlardan qat-qat yaxşıdır

Rusiya prezidenti “Rossiya 1” telekanalının verilişində ölkəsinin iqtisadiyyatındakı vəziyyəti sabit adlandırıb.

Arannews :Vladimir Putin əldə olunan nəticələrin təkcə Rusiya rəqiblərinin proqnozlarından deyil, həm də ölkə rəhbərliyinin gözləntilərindən yaxşı olduğunu vurğulayıb.

O bildirib: “İqtisadiyyatda vəziyyət sabitdir, üstəlik, bu, nəinki rəqiblərimizin, hətta bizim proqnozlaşdırdığımızdan qat-qat yaxşıdır. Bütövlükdə vəziyyətimiz nəinki sabitdir, hətta məncə, kifayət qədər qənaətbəxşdir”.

V. Putin qeyd edib ki, Rusiyada əsas makroiqtisadi göstəricilərdən biri - işsizlik tarixi minimum səviyyədədir:

“İnflyasiya gözlənildiyindən aşağıdır və ən əsası, azalma tendensiyası var. Hesab edirəm ki, bu ilin birinci rübünün nəticələrinə görə, bugünkü 11,9 faizdən 5 faizə yaxınlaşa bilər. Bu isə insanların layiqli həyat səviyyəsini təmin etmək, onların real gəlirlərini təmin etmək üçün çox mühüm göstəricidir”.

  • Yazılıb
  • da (də) 2023 Jan 17
  • Göndərən جهان کمالی