Tarix : 2023 Jan 17
Kod 63266

Ukrayna müharibəsinin günahkarı; doktor Vilayətinin baxışı ilə

Əli Əkbər Vilayəti Ukraynadakı müharibəyə toxunaraq vurğulayıb: “Münaqişələrin yayılmasında əsas günahkar Amerika və NATO-dur. Bugünkü dünya artıq birqütblü deyil və müstəqil ölkələr üçün onların regiondakı təsirlərini izləmək çox vacibdir.”
AranNews - Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri doktor Vilayəti tanınmış siyasətçi, Rusiya Dumasının keçmiş deputatı Sergey Baburin ilə görüşüb, regional məsələlər və ikitərəfli münasibətləri müzakirə edib.
Bu görüşün əvvəlində Əli Əkbər Vilayəti qonağı salamlayaraq, İran və Rusiya münasibətlərini çox vacib qiymətləndirərək deyib: “İran və Rusiya münasibətləri hazırda ən yaxşı səviyyədədir və inkişaf etməkdədir.”
Doktor Vilayəti Ukrayna müharibəsinə toxunaraq vurğulayıb: “Münaqişələrin yayılmasında əsas günahkar Amerika və NATO-dur. Bugünkü dünya artıq birqütblü deyil və müstəqil ölkələr üçün onların regiondakı təsirlərini izləmək çox vacibdir.”
Vilayəti Cənubi Qafqaz regionu haqqında da əlavə edib: “Ali Məqamlı Rəhbərin (Allah ömrünü uzun etsin) vurğuladığı kimi, İran İslam Respublikası hazırkı sərhədlərdə heç bir dəyişikliyi qəbul etmir və şübhəsiz ki, regionun təhlükəsizliyi qorunmalıdır.”
Mənbə: Tabnak
 
  • Yazılıb
  • da (də) 2023 Jan 17
  • Göndərən جهان کمالی