Tarix : 2008 Aug 05
Kod 6327

Mahmud Əhmədinejat avqustun 14-də Türkiyədə olacaq

Məlumata görə, İran prezidenti avqustun 14-nə planlaşdırılan birgünlük səfəri çərçivəsində Türkiyə prezidenti Abdulla Güllə görüşəcək
Turkyə Servisi/Aran Agentliyi
   İran prezidenti Mahmud Əhmədinejat gələn həftə İstanbula səfər edəcək. O, Türkiyə rəhbərliyi ilə İranın nüvə proqramını müzakirə edəcək. Məlumatı «Reuters» agentliyi Türkiyə hökumətindəki mənbəyə istinadən yayıb. Məlumata görə, İran prezidenti avqustun 14-nə planlaşdırılan birgünlük səfəri çərçivəsində Türkiyə prezidenti Abdulla Güllə görüşəcək. Qeyd edək ki, həm Qərblə, həm də Tehranla yaxşı münasibətləri olan rəsmi Ankara, İranın nüvə proqrammı ilə bağlı böhranın aradan qaldırılması üçün öz yardımını təklif edib.
    Bu arada isə Ağ Ev İranı növbəti dəfə yeni sanksiyalarla hədələyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, İran, aparıcı dünya ölkələrinin nüvə proqramının dayandırılması ilə bağlı təklifinə aydın cavab verməsə, onu yeni sanksiyalar göszəyir: «Biz razılaşırıq ki, İran tərəfindən aydın müsbət cavab olmasa, yeni sanksiyaların tətbiqindən başqa yolumuz qalmır». Dövlət Departamentinin sözçüsü Qonsalo Qalleqos belə deyib. O bildirib ki, rəsmi Tehran, təklifə çərşənbə axşamı yazılı cavab vermək niyyətini açıqlayıb.
 
  • Yazılıb
  • da (də) 2008 Aug 05