20 Yanvar hadisəsi bizlərin yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə Azərbaycan tarixinin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir.
Arannews : 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktından 33 il ötür.
20 Yanvar hadisəsi bizlərin yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə Azərbaycan tarixinin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir.
Bu faciə münasibəti ilə "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti", həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və “Zeynəb (s.ə) Qadınlar Birliyi" şəhid olanların yaxınlarına və bütün dünya azərilərinə başsağlığı verir.