Tarix : 2023 Jan 20
Kod 63275

MÖVSÜM SƏMƏDOVUN HƏBS MÜDDƏTİ BİTDİ, AZADLIĞA ÇIXDI

2011-ci ilin yanvarından həbsdə olan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov yanvarın 19-da azadlığa buraxılıb.
Ona verilmiş 12 il azadlıqdan məhrumetmə cəzasının müddəti başa çatıb. 
Mövsüm Səmədov saxlandığı 7 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.
Mövsüm Səmədov 2011-ci ilin yanvarında dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə barəsində hökm çıxarılmışdı. 
İddia olunurdu ki, İslam Partiyasının sədri Quba rayonunda yaşayan əmisi oğlu və başqa şəxslərə iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verib, bu barədə hüquq-mühafizə orqanlarına məlumatlar daxil olub. Həmçinin onlardan silahlar tapılıb.
Lakin Mövsüm Səmədov və digər şəxslər bu ittihamların saxta və absurd olduğunu bildirir, bunu təsdiqləyən heç bir sübut ortaya qoyulmadığını deyirdi.
  • Yazılıb
  • da (də) 2023 Jan 20
  • Göndərən جهان کمالی