Yanvarın 21-də Laçın-Xankəndi yolunda Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin maneəsiz keçidinə növbəti dəfə şərait yaradılıb.
Arannews : xəbər verir ki, Rusiya hərbçilərinə məxsus daha 4 maşın Xankəndidən Laçın istiqamətində keçid edib.
Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.
Xatırladaq ki, azərbaycanlı ekofəalların Laçın yolundakı aksiyası 41 gündür davam edir. Aksiya dekabrın 12-də başlayıb.