Tarix : 2023 Jan 22
Kod 63283

Medvedyev Ukrayna və Qərblə münaqişəni “yeni Vətən müharibəsi” adlandırıb

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynada və Avropada nasistlərə qarşı müharibəni “yeni Vətən Müharibəsi” adlandırıb və bu müharibədə Rusiyanın qalib olacağını bildirib.

Arannews :Medvedyev "Telegram" kanalında Avropa diplomatiyasının rəhbəri Josep Borrellin Ukraynadakı nasistləri Hitlerin tərəfdarları ilə müqayisəsinə dair bəyanatını şərh edib. 

"Afərin Borrellə. Yadına düşdü ki, ölkəmiz Napoleon və Hitleri məğlub edib. Fikir verin, bənzətməni o özü edib. Müvafiq olaraq, ukronasistlər və Qərbi Avropa Rusiya ilə vuruşanların birbaşa varisləridir. Buna görə də onlara qarşı müharibə yeni Vətən Müharibəsidir. Və qələbə bizim olacaq. 1812 və 1945-ci illərdə olduğu kimi", deyə Medvedyev vurğulayıb. 

 cümə günü Madriddə keçirilən Yeni İqtisadiyyat Forumunun mükafatlandırma mərasimində çıxış edən Borrelin bildirib ki, Rusiya “sona qədər mübarizə aparmağa öyrəşib. Rusiya bunu Napoleonla edib, Hitlerlə edib.  

"Rusiyanın Ukraynadakı müharibəni uduzduğunu düşünmək absurd olardı", deyə Borrel vurğulayıb

Eyni zamanda Avropa diplomatiyasının rəhbəri Kiyevə hərbi dəstəyi davam etdirməyə çağırıb.

  • Yazılıb
  • da (də) 2023 Jan 22
  • Göndərən جهان کمالی