Tarix : 2023 Jan 23
Kod 63286

İctimai fəal Bəxtiyar Hacıyev cəmiyyətə müraciət edib

“Məhkəmə-hüquq sistemi bir dəstənin əlində oyuncağa çevrilmiş ölkədə heç kim heç nədən sığortalanmayıb.

“Arannews :Məhkəmə-hüquq sistemi bir dəstənin əlində oyuncağa çevrilmiş ölkədə heç kim heç nədən sığortalanmayıb.

Özümüzü, övladlarımızı, valideynlərimizi, yaxınlarımızı belə haqsız mühakimələrdən qorumaq üçün Azərbaycanda qanunun aliliyini gec-tez təmin etməliyik. Şübhəsiz ki, bir gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucu babalarının görmək istədiyi cəmiyyət qurulacaq. Ancaq bu, ətrafımızda hər gün baş verən və hər gün artan ədalətiszliklərə qarşı səssizliklə yox, ədalətsizliyə qarşı birgə mübarizə ilə olacaq”.

Bu barədə həbsxanada 14 gündür aclıq edən, Harvard Universitetinin məzunu, ictimai fəal Bəxtiyar Hacıyevin “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı vasitəsi ilə Azərbaycan cəmiyyətinə ünvanladığı müraciətdə deyilir.

O həbsinə hüquq-mühafizə orqanlarından birinin rəhbərliyi ilə son 2 ildə yaranmış konfliktin səbəb olduğunu bildirir. 

Hacıyev həbsinin işgəncə faktlarına görə Daxili İşlər Nazirliyinin Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşına qarşı ABŞ Dövlət Departamentinin sankisya tətbiq etməsindən sonraya təsadüf etdiyini yazıb.

“Daha sonra bu şəxslərin beynəlxalq sanksiyalar siyahılarına salınması istiqamətində ardıcıl fəaliyyət göstərmişəm.”, o qeyd edib.

Hacıyev Daxili İşlər Nazirliyinin rəhbər şəxslərinin ölkə prezidentinin polisin gücü daxilində hakimiyyəti saxladığını dediklıərini bildirib.

İcitimai fəal bildirib ki, davam edən mənəvi-psixoloji, məhkəmə-hüquq təzyiqlərinə, təhqir və böhtan kampaniyalarına, qondarma ittihamlarla həbs edilməsinə etiraz olaraq son bir ayda ikinci dəfə, 28 gündür aclıq aksiyası keçir.

İctimai fəal ölkdə və beynəlxalq səviyyədə haqsızlığa susan insanları hüquqlarının müdafiəsinə qalxmağa səsləyib.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan insan haqları fəalı Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 14 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə də 14 gün aclıq edib.

  • Yazılıb
  • da (də) 2023 Jan 23
  • Göndərən جهان کمالی