Tarix : 2023 Jan 24
Kod 63288

Qalibaf və Volodin birgə mətbuat konfransı keçiriblər

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqair Qalibaf və Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin birgə mətbuat konfransı keçiriblər.

Arannews : Qalibaf Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Qalibafın Volodinlə təkbətək görüşündən sonra nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Qalibaf Tehran-Moskva münasibətlərinə toxunaraq deyib:"Regional və beynəlxalq məsələlərdə ortaq baxışa malik olan İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında yaxşı əməkdaşlıq mövcuddur".

"Bizim BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya ilə iqtisadi, sosial, mədəni, siyasi və ekoloji sahələrdə sıx əlaqələrimiz var. Ona görə də biz bu imkanlardan maksimum istifadə etməliyik", - deyə o, əlavə edib.

Qalibaf İran-Rusiya münasibətlərinin təhdid altında olduğunu bildirərək, deyib: "Bu gün ən ciddi təhlükə ABŞ-ın Rusiya Federasiyası, İran və bəzi digər ölkələrə qarşı tətbiq etdiyi qəddar sanksiyalardır. Bu məsələlərdə daha çox əməkdaşlıq etməliyik".

Qalibaf bildirib ki, Rusiya nümayəndə heyəti ilə bu gün keçirilən görüşdə enerji, neft, qaz mübadiləsi, kənd təsərrüfatı, taxıl ticarəti, Şimal-Cənub Nəqliyyat Dəhlizinə birgə investisiya qoyuluşu və gömrük kimi məsələlər müzakirə olunub.

İran parlamentinin sədri İran və Rusiya arasında bank əməkdaşlığının və yerli valyuta ilə ticarətin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, əlavə edib: "Rusiya və İran banklarının iki ölkədə filiallarının açılması bank əməliyyatlarının artmasına töhfə verə bilər".

Rusiya Dövlət Dumasının sədri isə Tehran-Moskva münasibətlərinə toxunub və deyib: "Rusiya ilə İran arasında münasibətlər yüksək səviyyəyə çatıb".

Vyaçeslav Volodin ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlı deyib: "Bu sanksiyalar yalnız iki ölkənin birgə hərəkət etməsinə səbəb olacaq. Hazırda İranla Rusiya arasında münasibətlər yaxşılaşıdır".

Rusiya rəsmisi Suriyada terrorizmlə mübarizədə birgə fəaliyyətin bütövlükdə regionda təhlükəsizliyin gücləndirilməsinə töhfə verdiyini təsdiqləyib.

"Terrorçuluğa qarşı müharibə Rusiya və İranın sülhsevər gələcək üçün birgə səylərinin yalnız bir hissəsidir", - deyə Volodin bildirib.

O, əlavə edib: "Rusiya və İran bu gün ABŞ və NATO-nun beynəlxalq genişlənməsinə uğurla müqavimət göstərir və bunu iki ölkəmizə qarşı misli görünməmiş sanksiyalar da təsdiqləyir".

  • Yazılıb
  • da (də) 2023 Jan 24
  • Göndərən جهان کمالی