Amerika dövlət katibi Entoni Blinken bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Laçın dəhlizinin dərhal kommersiya nəqliyyatı üçün açmaga çağırıb, Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib
Arannews :Blinken "Laçın dəhlizində humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıtdığını vurğulayıb", - Dövlət Departamentinin məlumaıinda deyilir, TURANın Vaşinqton müxbiri xəbər verir.
“Blinken prezident Əliyevi Ermənistanla ikitərəfli sülh müzakirələrində səyləri ikiqat artırmağa təşviq edib”, - Prays qeyd edib.
Blinken Azərbaycanda insan haqları ilə bağlı narahatlıqları da qaldırıb, Prays əlavə edib.