Türkiyənin “Vətən” Partiyasının sədr müavini Ethem Sancak bildirib ki, Türkiyə 5-6 aydan sonra Şimali Atlantika Alyansından çıxa bilər.
“Arannews : NATO öz təxribatları ilə bizi buna məcbur edir. Bizi qonşumuz Yunanıstana qarşı qoymağa çalışırlar. Türkiyə 5-6 aydan sonra NATO-dan çıxacaq. Bizi Yaxın Şərqin burulğanına sürükləməyə çalışırlar. Nəhayət, İsveç və Hollandiyada Qurana qarşı atılan addımları görürsünüz”, deyə Sancak bildirib.
O, həmçinin qeyd edib ki, son sorğular Türkiyə əhalisinin ən azı 80%-nin ABŞ-ın respublikaya qarşı düşmənçilik və dağıdıcı siyasət yürüdən ölkə olduğuna əmin olduğunu göstərib.
“Son zamanlar Türkiyə xalqı Rusiyaya və Vladimir Putinə rəğbət bəsləməyə başlayıb”, deyə sədr müavini qeyd edib.