Tarix : 2023 Jan 28
Kod 63299

Təbriz əhalisinin İslam Şurası Məclisindəki nümayəndəsi qeyd etdi:

Azərbaycan Respublikası əhalisi 70 il ərzində kommunizmə qarşı öz dinini qoruyub saxladılar

Mütəfəkkir Azad İslam İnqilabının xitab çevrəsini kosmopolit hesab edərək belə əlavə etdi: Bu arada biz başqa ölkələrin kiçik coğrafiyasından kənarda özümüz üçün sivilizasiya dairəsi olan bir yol müəyyən etdik.
Aran News-un məlumatına görə, Ruhullah Mütəfəkkir Azad Ümumdünya Müsəlman Azərilər gününü qeyd edərkən, Qafqazın bir çox cəhətdən strateji bölgə hesab edildiyinə işarə edərək deyib: Qafqaz səhnəsindəki fakt və hadisələri təhlil etmək məsələnin ancaq yarısıdır. Məsələnin digər yarısı isə, bu regionda mövcud olan ssenarilərin mənimsənilməsindən ibarətdir. Bu iki mühüm faktoru bir araya gətirməklə biz Qafqazdakı vəziyyətin düzgün təhlilini dərk edəcəyik.
O, Qafqazın mövcud ekosistemindən xəbərdar olmayana qədər düzgün təhlil edə bilməyəcəyimizi vurğulayaraq xatırladıb: Regional aktyorlar ümumiyyətlə öz məqsəd və perspektivlərinə uyğun ssenarilər hazırlayırlar.
Təbriz əhalisinin İslam Şurası Məclisindəki nümayəndəsi İslam İnqilabının xitab dairəsini kosmopolit hesab edərək əlavə etdi: Bu arada biz başqa ölkələrin kiçik coğrafiyasından kənarda özümüz üçün sivilizasiya dairəsi olan bir yol müəyyən etdik. O, İslam İnqilabının xitabını başa düşmək üçün inqilabın ikinci pilləsi ilə bağlı Ali Məqamlı Rəhbərin bəyanatındakı məqsədlərinə işarə edərək dedi: İslam inqilabının ikinci pilləsində ikiqütblü dünya var, lakin Şərq və Qərb qütbləri ilə deyil, İslam və hegemoniya qütbləri ilə tərif edilməlidir və bizim hegemoniya ilə mübarizəmiz səthi deyil. Mütəfəkkir Azad İslam inqilabının xitab dairəsini fitrətə əsaslanmış hesab edərək dedi: Reallıq bu idi ki, liberal demokratiyadan və gündəlik həyatdan bezmiş xalqlar da fıtrət yönümlü xitab tərzinin tərəfdarıdırlar və bu yola nail olmaq üçün sadəcə bəzi köhnə pasları cilalamaq kifayətdir. O, Azərbaycanda kommunizm süqut etdikdən sonra, oradakı insanların öz köklərinə qayıtmaq üçün addımlar atdıqlarına diqqət çəkərək, sözünə davam etdi: Onlar dinə qayıtmaq, yeganə potensial insan sərvəti olan öz fitrətlərinə qayıtmaq üçün kommunizmin bütün təchizatına qarşı 70 il sərf etdilər.
Təbriz əhalisinin İslam Şurası Məclisindəki nümayəndəsi diqqətə çatdırıb ki, Azərbaycan xalqı öz təəssübkeşliyi ilə 70 illik kommunist müstəmləkəçiliyi dövründə heç bir fasilə olmadan dinlərini nəsildən-nəslə ötürərək qoruyub saxlayıb. O, Seyyid əş-Şühəda İmam Hüseayn (ə) məhəbbətinin köklərinin mövcudluğunu bu əmanətin uzun müddət qorunub saxlanmasında əsas amillərdən biri adlandırdı və dedi: Onlar Hüseyni şur və şüura eyni zamanda malik olduqlarını göstərdilər və bu önəmli məsələ o insanların mahiyyətindən, dərinliyindən, daxili köklərindən qaynaqlanır və bu sevgi Qafqazda yaşayan insanların kimliyinin, etnik mənsubiyyətinin ayrılmaz hissəsidir.
Şah İsmayıl şiənin bayraqdarı idi;
Azərbaycan Respublikasında Şah İsmayılın ədəbi ləqəbi olan Şah Xətai ilə tanınmasını tənqid edən Mütəfəkkir Azad qeyd etdi: Şah İsmayılın dönüş nöqtəsi onun poetik ləqəbidirmi? Xalq onu hakim mövqeyi ilə tanımalıdır, o, şiənin bayraqdarı idi ki, bu da öz dövründə danılmaz faktdır.
O, sertifikatlı din təbliğini Qafqaz regionundakı hegemon lobbilərin məqsədlərindən biri hesab etdi və dedi: Bu agentlər Qafqazda diqqəti İslamdan etnik kimliyə salmağa çalışırlar. Bu xalq təbiətcə hürriyyətpərəstdir və onlar İmam Hüseynin (ə) ümmətidir və bu səbəbdən uşaq qatili və qəsbkar sionist rejimlə münasibətə dözmürlər.
O dedi: 70 illik kommunist hakimiyyətinin bərqərar olması iki bölgənin əhalisinin bir-birindən ayrılmasının yeganə səbəbi idi. Kommunizm sarayı, İmam Xomeyninin (rə) proqnozuna görə, aydın idi ki, dağılacaq. Necə ki, o, öz uzaqgörənliyi ilə hətta kommunizmdən sonra liberalizmin tələsinə düşməməyi tövsiyə edirdi. Bu məsələ sonradan dünyanın bir çox aparıcı ideoloqları tərəfindən də etiraf edildi.

 
  • Yazılıb
  • da (də) 2023 Jan 28
  • Göndərən جهان کمالی