İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib və iki ölkə düşmənlərinin bu gün baş verən hadisədən su-istifadə etmələrinə toxunaraq bildirib ki, bu hadisənin iki ölkə münasibətlərinə mənfi təsir buraxmasına imkan verməməliyik.
Arannews :Bu telefon danışığında həmçinin Əmir-Abdullahiyan İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin sözügedən hadisədən təəssüfləndiyi və Azərbaycan Respublikasının prezidenti, hökuməti və xalqı, xüsusən hadisədən zərərçəkənlərin ailələrinin kədəri ilə bölüşdüyünü bəyan və İran prezidentinin Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı silahlı hücumun araşdırılması barədə göstəriş verdiyini qeyd edib.
Telefon danışığında Ceyhun Bayramov da iranlı həmkarının hadisənin müxtəlif cəhətlərinin aydınlaşması üçün iki ölkənin təhlükəsizlik və məhkəmə orqanları arasında əməkdaşlıq təklifini müsbət qarşılayıb.