İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi təəssüflə bir nəfərin ölümü ilə nəticələnən Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin girəcəyində edilmiş silahlı hücumu pisləyib.
Arannews :Səfirliyin öldürülmüş üzvünün ailəsi, eləcə də Azərbaycan Respublikasının hökuməti və xalqının kədəri ilə səmimi qəlbdən bölüşən Nasir Kənani-Çafi bildirib ki, polis və təhlükəsizlik qüvvələri dərhal hərəkətə keçib və hücumçu şəxsi həbs ediblər.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi söyləyib: İranın siyasi və təhlükəsizlik rəsmilərinin xüsusi göstərişi ilə məsələ yüksək prioritet və həssaslıqla araşdırılmaqdadır ki, hücumçunun bu hərəkətinin cəhətləri və məqsədi müəyyənləşmiş olsun.
Kənani-Çafi əlavə edib: Əlaqədar rəsmilər və orqanların ilkin araşdırmalarının nəticəsi, hücumçu şəxsin şəxsi məqsədlərindən söz açır. Polis, təhlükəsizlik və məhkəmə orqanlarının məsələyə dərhal müdaxilə etdiklərinə görə, mediaların bu barədə zənn-gümanlardan və qeyri-mötəbər xəbərlər yaymaqdan çəkinmələri tövsiyə olunur.