İranın Müdafiə Nazirliyi bir bəyanatda, şənbə günü axşam İsfahanda nazirliyə tabe olan müdafiə sənayesi komplekslərindən birinin kiçik dronlarla uğursuz hücumuna məruz qaldığını və onlardan birinin kompleksin hava hücumundan müdafiəsi tərəfindən vurulduğunu, digər ikisinin isə müdafiə tələsinə düşərək, partladığını açıqlayıb.
Arannews : İsfahanın müdafiə sənayesi obyektlərindən birində baş verən partlayışdan sonra İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi bir bəyanat yayaraq, bu uğursuz hücumun yanvarın 28-də yerli vaxtla saat 23:30 radələrində baş verdiyini açıqlayıb.
Bəyanatda əlavə edilib: "Bu uğursuz hücum insan tələfatı ilə nəticələnməmiş və obyektin damına kiçik ziyan dəymişdir ki, bu da Allaha şükür kompleksin avadanlıq və vəzifələrində nasazlığa səbəb olmamışdır".
Bəyanatda daha sonra deyilir: "Müdafiə Nazirliyi və Silahlı Qüvvələrə Dəstək Nazirliyi qürurlu İran xalqını əmin edir ki, ölkənin qüdrəti və təhlükəsizliyi üçün zəruri ehtiyacları istehsalı mərkəzlərimizin fəaliyyəti sürətlə və ciddi şəkildə davam edəcək və bu cür kor-koranə tədbirlərin ölkənin tərəqqisinin davam etdirilməsinə heç bir təsiri olmayacaq".