Tarix : 2023 Jan 31
Kod 63309

Azərbaycan Respublikasının emosional qərarı İslam Dünyası bədxahlarının istəyidir

İran İslam Şurası Məclisinin sədri Azərbaycan Respublikası səfirliyi olayı barədə deyib ki, Azərbaycan Respublikasının emosional qərarı İslam Dünyası bədxahlarının istəyidir.

Arannews :Məhəmməd-Baqir Qalibaf bu gün İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin parlamentlərarası ittifaqının 17-ci yığıncağında deyib: Biz bu hadisədən dərin təəssüf hissi keçirir və onu dəqiq və hərtərəfli şəkildə təqib etməkdəyik. Azərbaycan Respublikasının hörmətli məsul şəxsləri bu təqiblərin detallarından tam şəkildə xəbərdardırlar.

Qalibaf əlavə edib: Biz bu hadisənin terror hadisəsi olmasından heç bir nişanə əldə etməmişik. Bununla belə, vurğulamağı vacib bilirəm ki, iki ölkə əlaqələri barədəki emosional qərarlar müştərək düşmənlərin və İslam Dünyası bədxahlarının, xüsusən də sionist rejimin istəyidir və uzunmüddətli nəticələrə də gətirib çıxara biləcək hər hansı qərar barədə sayıq və dəqiq olmaq gərəkdir.

  • Yazılıb
  • da (də) 2023 Jan 31
  • Göndərən جهان کمالی