Tarix : 2023 Jan 31
Kod 63310

İranın inkişaf perspektivi hazırkı proqnozlardan daha aydındır

İslam İnqilabının Böyük Rəhbəri startap meydanlarının fəalları, iş yaradıcıları və istehsalçılardan yüzlərlə nəfərlə görüşdə İran xalqının gələcəyi və İranın inkişaf perspektivini hazırkı proqnozlardan daha aydın adlandırıblar.

Arannews :Görüşdə İranın işyaratma və istehsal meydanı fəallarının aşkar fəaliyyətləri, ümidverici baxış və əhval-ruhiyyədən məmnunluq ifadə edən Həzrət Ayətullahuluzma Xamenei deyiblər: İlahi, coğrafi, siyasi, beynəlxalq, xüsusən də insan qüvvəsi mənbələrinə əsasən, ölkənin inkişaf imkan və qabiliyyəti olduqca yüksək olub, müstəsna sahələr üzrədir. Bu səbəbdən, İran xalqının gələcəyi və İranın inkişaf perspektivi hazırkı proqnozlardan daha aydındır.

İranın aydın gələcəyinin sürətli və davamlı iqtisadi inkişaf tələb etdiyini bildirən və yeddinci inkişaf proqramında ədalətlə yanaşı olan iqtisadi inkişaf prioritetinə işarə edən İnqilab Rəhbəri iqtisadi inkişafın dəlil və tələblərini bəyan və təkid ediblər ki, ailələrin yaşayış çətinlikləri və hiss olunan məişət problemlərinin həlli iqtisadi inkişafı tamamilə zəruri edib.

İnqilab Rəhbəri cari ilin “istehsal, startap və məşğulluq yaratma ili” adı ilə adlandırılmasının müəyyən qədər iqtisadi fəallarla olmuş ötənilki görüşdən qaynaqlandığını bildirib və belə əlavə ediblər: İki gün bundan qabaq baxış keçirilmiş sərgi göstərirdi ki, ilin şüarı sahəsində nisbətən yaxşı işlər görülüb. Eyni zamanda, iqtisadi fəalların bu görüşdə iqtisadi irəliləyiş barədəki çıxışları yaxşı ümid və müjdələr verir və 1401-ci günəş ilinin birinci yarısının rəsmi göstəriciləri də başlıca olaraq, hərəkət və inkişafın göstəriciləridirlər.

İnqilab Rəhbəri bir çox sektordakı bugünkü uğurların təxminən on beş il bundan öncə elmi hərəkatın başlanmasından irəli gəldiyini bildirib və söyləyiblər: Alim gənclər beynəlxalq elmin ön xətlərindən də keçməli və bu arzunun reallaşmasına zəmin yaratmalıdırlar ki, əlli il sonra əgər bir kəs elmi yeniliklərdən xəbərdar olmaq istəyərsə, fars dilini öyrənməyə məcbur olmuş olsun.

  • Yazılıb
  • da (də) 2023 Jan 31
  • Göndərən جهان کمالی