Tarix : 2023 Jan 31
Kod 63312

İsrail prezidenti bu rejimin süqutu ilə bağlı xəbərdarlıq edib

Sionist rejim olan İsrailin başçısı bu növ ilk bəyanatda bu rejimin bir neçə il ərzində süqut etməsi barədə xəbərdarlıq edib.
“Arannews : Rəy Əl Yəvm” qəzeti yazıb ki, sionist rejimin prezidenti İsaak Herzoq müxalifət tərəfindən dövlət çevrilişi kimi təsvir edilən, baş nazir Benyamin Netanyahu hökumətinin məhkəmə sistemini islahat etmək bildirişinin səbəb olduğu kəskin siyasi böhrandan sonra, “dialoqun olmaması” adlandırdığı şeyin sionist cəmiyyətini daxildən parçalayacağı ilə bağlı xəbərdarlıq edib və vəziyyəti partlayıcı dolu çəlləyin partlamasına bənzədib.
Müxalifət tərəfindən daha əvvəl mübahisəli hökumət planına susmaqda ittiham edilən Herzoq deyib: "Biz hamımız İsrail "dövləti" ilə bağlı narahatıq. Biz hamımız buna sadiqik. Dialoqun olmaması bizi daxildən məhv edir. Mən sizə açıq deyirəm: bu partlayıcı çəlləyi partlamaq üzrədir. Bu fövqəladə zamandır və bunun məsuliyyəti bizim üzərimizdədir”.
Sionist rejimin başçısı davam etdi: “Mən gözümün qabağında içəridəki çatların getdikcə daha da dərinləşdiyini görürəm və yalnız xatırlada bilərəm ki, tarixdə iki dəfə Davud ailəsi və Haşmoneyi Krallığı hakimiyyəti dövründə İsrail torpağında yəhudi dövləti yaranıb və ikisi də səksən illiyinə çatmadan süqut edib.
Herzoq əlavə etdi: “Mən İsrail dövlətinin dözümlülüyünə və burada yaşayan insanların gücünə inanıram. Ancaq bu, bizə, xalqımıza və "ölkəmizə" təsir edən həlledici sınaq saatı ilə üzləşdiyimiz və bizim özümüzə gəlməli, məsuliyyətli olmalı və burada qurduqlarımızı qorumalı olduğumuz faktından heç bir şey azaltmır.”
O, tvitter səhifəsində yazıb: "Bir neçə həftədir ki, mən tarixi konstitusiya böhranının qarşısını almağa və “ölkə”də daha çox parçalanmanın qarşısını almağa çalışıram. Mən bütün gücümü bu səylərə sərf edirəm və imtina etmək fikrim yoxdur."
Herzoq hökumət rəsmiləri və müxalifətlə görüşlərində “xoşməramın ilkin əlamətlərini” sezdiyini bildirib və qeyd edib: Ümid edirəm ki, rəsmilər və məmurlar arasında real və hörmətli dialoqa, xalqın fikirlərini dinləmək və onların narahatlıqları əsasında bir nəticəyə gələcəyik.
O əlavə edib: Sionist rejimin daxilindəki partiyalar və təşkilatlar hökumətlə qarşıdurmaya hazırdır və bu rejim onu ​​uda biləcək daxili münaqişə astanasındadır. Təklif olunan məhkəmə islahatları “dramatik” təklif xarakteri daşıyır, bu islahatlar çox sürətlə və cəmiyyətin müxtəlif təbəqələri və institutların nümayəndələri arasında dialoq olmadan həyata keçirildikdə, əhalinin geniş təbəqəsi arasında güclü müxalifət və demokratiyanın gələcəyi ilə bağlı dərin narahatlıq yaradır. Bu, rejimi təhlükəli vəziyyətə salan prosesdir.
Bu bəyanatlara baxmayaraq, bir tərəfdən Benyamin Netanyahunun rəhbərlik etdiyi hakim koalisiya, digər tərəfdən isə müxalifət qrupları barışıq üçün iki tərəf arasında dialoqun mümkün olmadığını vurğuladılar, çünki Netanyahu ötən həftə dəfələrlə vurğulamışdı ki, o və onun hökuməti məhkəmə islahatları keçirməkdə qərarlıdır. Müxalifət iddia edir ki, bu islahatlar məhkəməyə qarşı çevrilişdir, onu siyasətçilərin əlində alətə çevirir və məqsədi rüşvət almaqda, əmanətə xəyanətdə və saxtakarlıqda ittiham olunan baş nazirin məhkəməsini ləğv etməkdir.
Netanyahu həmçinin deyib: Bu planın məqsədi son iyirmi ildə bu balansın pozulmasından sonra, üç sahədə; hökumət, məhkəmə və parlament arasında tarazlığa nail olmaqdır.
Bu plana görə, hakimlərin təyinatı hökumət tərəfindən həyata keçirilir və Ali Məhkəmənin (İsraildə ən ali məhkəmə orqanı) səlahiyyətləri məhdudlaşır və bu qurum artıq Knessetdə 61 səs çoxluğu ilə qəbul edilmiş qanunlara etiraz edə bilməz. Çünki Netanyahunun koalisiyası Knessetdə 120 yerdən 64 yerə malikdir və sionist parlamentinə göndərilən istənilən qanunu təsdiq edə bilər.

 
  • Yazılıb
  • da (də) 2023 Jan 31
  • Göndərən جهان کمالی