Rusiya XİN: Bu, Cənubi Qafqaz üçün prioritetdir
Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının Cənubi Qafqazda prioritet olduğunu bildirir.
Arannews :Rusiya XİN-in bəyanatında deyilir ki, Rusiya Cənubi Qafqazda toplanmış “münaqişə potensialının” aradan qaldırılması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində intensiv işləyir və Ermənistan-Türkiyə münasibətlərinin bərpasında irəliləyişi alqışlayır.
Bəyanatda qeyd olunur ki, Cənubi Qafqazla bilavasitə həmsərhəd olan Rusiya bu regionun sabitliyində və rifahında, nəqliyyat-logistika, ticarət-investisiya və texnoloji imkanlardan qarşılıqlı faydalı istifadə və tədqiqində maraqlıdır.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ikə 3+3 regional platformasının əhəmiyyətini vurğulayaraq, onu faydalı və aktual bir platforma adlandırıb.