Tarix : 2023 Feb 01
Kod 63315

İslam İnqilabı dünyada daha çox cilvə qazanıb

İran İslam Respublikası prezidenti deyib ki, düşmənin bütün fitnələrinə rəğmən, Həzrət İmam Xomeyni(r.ə)-in rəhbərliyi altında zəfər çalan İran İslam İnqilabı yaşayıb və dünyada daha çox cilvə qazanıbdır.

Arannews :iran İslam Respublikası banisinin amalları ilə əhd-peymanın təzələnməsi mərasimində çıxış edən Seyid İbrahim Rəisi əlavə edib: Həzrət İmam Xomeyni(r.ə)-in haqlılığı və saflığı ilə, xalqın İslam İnqilabına sədaqəti və sevgisi genişləndi və İslam İnqilabının qələbəsindən qırx dörd il keçəndən sonra bu inqilab düşmənin bütün fitnələrinə rəğmən, dünyada daha çox cilvə əldə edibdir.

Keçən qırx ildən çox bir müddətdə Inqilabı və İmam Xomeyni(r.ə)-in dəyərli irsini aradan götürmək üçün bir çox fitnəkarlıq həyata keçirilib- deyən ölkə prezidenti qeyd edib ki, İmam xalqa inanırdı və bu gün xalqın iradəsi və tələbi bərqərar olmalıdır.

Xalqın İslam İnqilabına sevgisi və sədaqətinə işarə edən Rəisi vurğulayıb ki, xalqın bu sevgisinin nişanəsi, inqilabı qorumaq üçün canlarından keçən şəhidlərdir.

  • Yazılıb
  • da (də) 2023 Feb 01
  • Göndərən جهان کمالی