Tarix : 2023 Feb 02
Kod 63317

Rusiya səfiri: ABŞ-ın Ukraynadakı bioloji laboratoriyalarının işi ilə bağlı bəyanatları arasında ziddiyyətlər var

ABŞ hakimiyyəti Ukraynadakı Amerika bioloji laboratoriyalarının işi ilə bağlı açıqlamalarında özü özünü təkzib edir.

Arannews : bunu çərşənbə axşamı Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərini şərh edərkən deyib. Kirbi bildirmişdi ki, Ukraynadakı bioloji fəaliyyət çərçivəsində ABŞ pandemiyanın qarşısının alınması ilə məşğul olub və bioloji silahlar hazırlamayıb.

"Amerikalıların dedikləri arasında ziddiyyətlər var. Əgər belə bir proqram yalnız dinc xarakter daşıyırdısa, bəs niyə işlər bu qədər tez dayandırıldı? Niyə bu məsələlərlə mülki mütəxəssislər deyil, hərbiçilər məşğul olurdu?. Cavab göz qabağındadır: Vaşinqtonun gizlətdiyi məsələlər var. Yeri gəlmişkən, bunu cənab Kirbinin özü də təsdiqləyir, məhz buna görə layihələr dayandırılıb və laboratoriyalar xüsusi hərbi əməliyyat başlamazdan öncə tamamilə bağladılıb. Yəni araşdırmaların nəticələrinin rus hərbçilərinin əlinə keçməməsi üçün hər şey edilib", deyə səfir qeyd edib. 

"Təəccüblü deyil ki, hazırda amerikalılar Ukraynada aparılan tədqiqatları Mərkəzi Asiya və Şərqi Avropa ölkələrinə aktiv şəkildə köçürürlər. Diqqəti yayındırmaq üçün sifarişçinin funksiyalarını mülki strukturlara - Səhiyyə Nazirliyinə, Energetika Nazirliyinə, Beynəlxalq İnkişaf Agentliyinə keçirirlər. Açığı, onlar ümid edirlər ki, bu, tənqiddən və Pentaqonu zərərdən yayındıracaq", deyə Antonov vurğulayıb. 

"Bununla belə, administrasiya ilə bağlı hay-küyü hələ susdurmaq mümkün olmayıb. Vaşinqton nə qədər yayınmağa çalışsa da, gec-tez Rusiya Federasiyasının qaldırdığı suallara cavab verilməli olacaq. Xatırlamaq vacibdir: Yalanın son istifadə tarixi var", deyə diplomat əlavə edib.

  • Yazılıb
  • da (də) 2023 Feb 02
  • Göndərən جهان کمالی