Tarix : 2023 Feb 05
Kod 63324

İranın Ukraynadakı müharibə ilə bağlı strategiyası dəyişə bilər

Ukraynanın İsfahandakı Müdafiə Nazirliyinin sex kompleksinə bir neçə kiçik dronla hücumda iştirakının Zelenskinin müşaviri tərəfindən üstüörtülü şəkildə qəbul edilməsi məsuliyyətli və hüquqi bir etirafdır.

Arannews : məlumatlı bir mənbə "Nournews"a müsahibəsində deyib: “Ukrayna prezidentinin müşaviri Mixail Podolyakın İrana qarşı düşmənçilik ifadələri bu ölkənin rəsmi orqanları tərəfindən düzəldilməzsə, bu, İranın müxtəlif reaksiyalarına səbəb ola bilər".

O, İranın Ukraynadakı müharibə ilə bağlı prinsipial mövqeyinə toxunaraq, hərbi münaqişənin dayandırılması və münaqişənin dialoq yolu ilə həllinin zəruriliyini dəfələrlə vurğulayaraq, deyib: "Ukrayna hökuməti İranı yalan bəyanatlar əsasında Qərb tərəfdaşlarını təhrik edərək Ukrayna müharibəsi zamanı Rusiyaya silah yardımı göstərməkdə ittiham etsə də, hələ ki, iddiasını sübut edəcək heç bir sənəd təqdim edə bilməyib".

Məlumatlı mənbə İranın dəfələrlə Ukrayna tərəfi ilə birgə görüş keçirmək cəhdlərinə toxunaraq, deyib: "İki ölkənin siyasi və hərbi ekspertləri arasında Qətərdə keçirilən son birgə görüşdə Ukrayna tərəfi bunu sübut edəcək heç bir sənəd təqdim etməyib və sənədlərin növbəti görüşlərdə təqdim olunması razılaşdırılıb".

O, Ukraynanın İsfahandakı Müdafiə Nazirliyinin emalatxana kompleksinə bir neçə kiçik dronla hücumda iştirakının Zelenskinin müşaviri tərəfindən üstüörtülü şəkildə qəbul edilməsini məsuliyyətli və hüquqi etiraf kimi qiymətləndirib və vurğulayıb: "Ukraynanın İranın milli təhlükəsizliyinə təhdid olduğunu vurğulaması, Ukraynadakı müharibə ilə bağlı İran İslam Respublikasının mövqelərinin dəyişməsini araşdırmaq və Kiyev hökumətinin davranışına uyğun yeni yanaşmanı qəbul etmək üçün əsas ola bilər".

  • Yazılıb
  • da (də) 2023 Feb 05
  • Göndərən جهان کمالی