Beynəlxalq Quran müsabiqələrinin keçirilməsi islami dəyərlər və mədəniyyətin genişlənməsi və müsəlmanlar arasında vəhdətin yaranması üçün çox önəmlidir
İran servisi/Aran Agentliyi
25-ci Beynəlxalq Quran müsabiqəsində iştirak edən Quran qiraətçiləri Qurani-kərimi müsəlmanları birləşdirən ən mühüm amil sayıblar. İRNA-nın verdiyi məlumata əsasən, bu müsabiqədə İordaniyadan Quranı əzbərlik bölümündə iştirak edən Səlah Məhəmməd Əş-şətti deyib: Beynəlxalq Quran müsabiqələrinin keçirilməsi islami dəyərlər və mədəniyyətin genişlənməsi və müsəlmanlar arasında vəhdətin yaranması üçün çox önəmlidir.
Məşhəddə beynəlxalq Quran müsabiqəsində Kot Divuar ölkəsindən Quranı tam əzbərləyən Komara Kol Bali də Quranı dünya müsəlmanlarının başucalığı və izzəti hesab edərək deyib: Bu müsabiqələr müsəlmanların ölkələrini birləşdirən və İslam dünyasının zəruri amillərindəndir.
Hindistandan iştirak edən başqa bir Quran qiraətçisi Feyzəl Əhməd İrandakı beynəlxalq Quran-Məcid müsabiqələrinin yüksək səviyyədə təşkil olunmasını söyləyərək əlavə edib: Quran-Kərimin müxtəlif ayələri daha çox öyrənilməli dərslərə malikdir ki, onları yerinə yetirmək müsəlmanların səadət və izzətə çatmasına səbəb olur.
25-ci beynəlxalq Quran-Kərim müsabiqəsi müxtəlif İslam ölkələrindən 107 Quran qiraətçilərinin iştirakı ilə 29 iyuldan 15 avqusta qədər keçirilməkdədir.
İran, Misir, Livan, İordaniya, Suriya və Filippindən olan 15 hakim bu müsabiqənin idarə olunmasını öz öhdələrinə götürüblər.