İran İslam Respublikasının prezidenti ayrı-ayrı mesajlarda dost və qardaş Türkiyə və Suriya ölkələrində kədərli zəlzələ hadisəsinin baş verməsi münasibətilə iki ölkənin prezidentləri və xalqlarına başsağlığı verib.
Arannews :Seyid İbrahim Rəisi/ Rəcəb Tayyıb Ərdoğan və Bəşşar Əsədə ünvanladığı mesajlarda iki ölkə vətəndaşlarından nəzərəçarpacaq dərəcədə insanın həlak olması və zədələnməsi, həmçinin iki ölkəyə çox böyük xəsarətin dəyməsi münasibətilə sözügedən ölkələrin prezidentləri və xalqlarına başsağlığı verib.
İran prezidenti habelə İran İslam Respublikasının hazırkı kədərli şəraitdə bu iki dost xalqa təcili yardımlar təqdim etməyə hazır olduğunu bildirib.
Rixter şkalası ilə 7,7 bal gücündə zəlzələ bu gün Türkiyənin cənubunda Suriya ilə həmsərhəd olan bir neçə əyaləti titrədib və hər iki ölkədə ağır tələfat və maliyyə xəsarətləri törədib.