Tarix : 2023 Feb 08
Kod 63335

İran Prezidenti Ərdoğana zəng edib

Prezident son zəlzələ ilə əlaqədar Türkiyə hökuməti və xalqının dərdinə şərik olduğunu bildirərək deyib: İran və Türkiyə qonşu olmaqla yanaşı, dost və qardaşdırlar və İran xalqı və hökuməti bu çətin durumda Türkiyə hökuməti və xalqının yanındadır.

Arannews :Prezident son zəlzələ ilə əlaqədar Türkiyə hökuməti və xalqının dərdinə şərik olduğunu bildirərək deyib: İran və Türkiyə qonşu olmaqla yanaşı, dost və qardaşdırlar və İran xalqı və hökuməti bu çətin durumda Türkiyə hökuməti və xalqının yanındadır. 

Ölkəmizin Türkiyə tərəfinin təcili yardım ehtiyaclarını ödəməyə hazır olduğunu bildirən prezident rəisi Türkiyə hökumətinin səyləri və tədbirləri ilə bu ölkə xalqının dərdlərinin tez bir zamanda yüngülləşəcəyinə ümidvar olduğunu bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu söhbətdə prezident Rəisiyə minnətdarlığını bildirib və qeyd edib ki bu, son 50 ildə Türkiyədə baş verən ən böyük zəlzələ olub.

  • Yazılıb
  • da (də) 2023 Feb 08
  • Göndərən جهان کمالی