Tarix : 2023 Feb 08
Kod 63336

Fransa Laçın dəhlizinin açılmasında israrlıdır

Fransa prezidenti bəyan edib ki, rəsmi Paris Laçın dəhlizinin açılmasına töhfə verməyə çalışır.

Arannews :Armen-Press xəbər verir: Emmanuel Makron fevralın 7-də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayaraq Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar vəziyyəti müzakirə edib.

E.Makron deyib ki, Laçın dəhlizinin fasiləsiz işləməsi təmin olunmalıdır.

Həmsöhbətlər həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin qorunması və Avropa İttifaqının Ermənistandakı mülki missiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

Bu arada Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann Kler Lejandre bildirib ki, Paris Laçın dəhlizinin blokadasından narahatdır.

“Biz Laçın dəhlizinin blokadasından son dərəcə narahatıq, Dağlıq Qarabağda ciddi humanitar böhranın real təhlükəsi var”, - deyə Lejandr vurğulayıb.

O həmçinin Azərbaycanla Ermənistan arasında danışıqların bərpa edilməsi və gərginliyin azadılması üçün Fransa prezidentinin öz səylərini davam etdirəcəyini qeyd edib.

Xatırladaq ki, Avropa liderlərinin təşəbbüsü ilə başladılan Brüssel görüşlərinə Rusiya nikbin yanaşmır və danışıqların üçtərəfli 10 noyabr 2020-ci ildə imzalanmış bəyanat əsasında davam etməsinin tərəfdarıdır.

Hazırda Brüssel formatındakı sülh danışıqları demək olar arxa plana keçib.

  • Yazılıb
  • da (də) 2023 Feb 08
  • Göndərən جهان کمالی