Tarix : 2023 Feb 09
Kod 63337

Bakının Təbrizdəki konsulluğunun bağlanması haqda plan yoxdur

XİN-nin mətbuat katibi: Bakının Təbrizdəki konsulluğunun bağlanması haqda plan yoxdur
Arannews :Nasir Kənani çərşənbə günü Təbrizdə keçirilən “Şəhriyar Nişanı” Beynəlxalq Elm və Mədəniyyət Festivalı çərçivəsində Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum hadisəsindən sonra İran İslam Respublikası ilə bu ölkə arasında diplomatik əlaqələrin vəziyyəti haqqında deyib: “Dəfələrlə və Xarici İşlər Nazirliyinin mövqeyi vasitəsilə bəyan etdiyimiz kimi, İran İslam Respublikasının qonşu dövlətlərlə münasibətləri ilə bağlı rəsmi siyasəti münasibətlərin qorunması və inkişaf etdirilməsi üzərində qurulub.”
O, həmçinin son günlər Azərbaycanın bəzi rəsmilərinin bu ölkə səfirliyinə hücumu əvvəlcədən planlaşdırılmış hərəkət adlandırması və ölkənin Təbrizdəki konsulluğunun bağlanması ilə bağlı bəzi gümanlarına cavab olaraq bildirib: “Ölkənin bu sahədə rəsmi mövqeyi tamamilə aydın və konkretdir. İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Təbrizdəki konsulluğunun bağlanması planı yoxdur.”
“Qafqaz və Anadolu” informasiya kanalı

 
  • Yazılıb
  • da (də) 2023 Feb 09
  • Göndərən جهان کمالی