İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümü ilə bağlı ümummilli yürüşdə insanların iştirakı ötən illərlə müqayisədə misilsiz olmuşdur.
Arannews:iranda 1400 şəhər və 38 min kənddə milyonluq yürüş keçirildi.
Xalqın 22 Bəhmən 1401-ci il tarixində, yəni 11 fevralda ölkənin müxtəlif şəhər və kəndlərində keçirilən yürüşdə geniş və epik iştirakı barədə bildirilir ki, Qərb dövlətlərinin dəstəyi ilə İslam Respublikasını devirmək cəhdlərinin öz kulminasiya nöqtəsinə çatmasına rəğmən inqilabçı xalq bir daha düşmənləri məyus etməyi bacardı.
Əlbəttə ki, son bir neçə ayda baş verən hadisələr və iğtişaşlar nəzərə alınmaqla, xalqın müxtəlif təbəqələrinin bu il keçirilən 22 Bəhmən yürüşündə inqilaba öz dəstəyini nümayiş etdirəcəyini gözləmək olardı. Amma iştirak səviyyəsi proqnozlardan çox oldu və ötən illərlə müqayisədə xalqın builki dastanı ən azı son 10 ildə bənzərsiz olub. Xüsusilə də gənc nəslin fəal iştirakı bədxah düşmənin və onlara işləyin xain medianın proqnozlarını alt-üst elədi. İran xalqı özünün tarixi və mənalı varlığını nümayiş etdirməklə son nöqtəni qoyaraq, İslam inqilabının əsaslarını bundan sonra da qoruyacağını elan etmiş oldu.
Maraqlıdır ki, beynəlxalq medialar da möhtəşəm yürüşlərə senzura qoya bilmədilər və İran küçələrində milyonlarla insanın ölkə hakimiyyətinə dəstəyinə dəlalət edən səhnələrdən reportaj yaymağa məcbur oldular.
Bütövlükdə beynəlxalq mediaların etirafı belədir ki, İran xalqının zəfər bayramını qeyd etməsi Qərbin ötən aylarda küçə iğtişaşları yaratmaqla həyata keçirdiyi planın uğursuzluğa düçar olduğunu göstərir. Qərb İranın daxili təhlükəsizliyini və milli birliyini hədəf alsa da, İran xalqının şüur və sayıqlığı, müqaviməti və birliyi və inqilabın müdrik rəhbərinin çağırışları qarşısında uğursuzluğa uğradı.
Xatırladaq ki, İran İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahü-üzma Xamenei fevralın 8-də Hərbi Hava Qüvvələrinin şəxsi heyəti ilə görüşdə bildirmişdi: “Düşmənin xəbis planları qarşısında ən mühüm vəzifə vəhdət strategiyasını qoruyub saxlamaqdır və inşallah 22 Bəhmən, 11 fevral yürüşü milli birliyin təzahürü olacaq və insanlar bunu açıq şəkildə nümayiş etdirəcəklər”.
O həzrətin sözlərinə görə, 11 fevral İran xalqının iftixar hərəkətinin zirvəsidir və İran xalqının tarixinin ən şərəfli gününün xatırladılmasıdır, çünki xalq bu gündə öz ləyaqətini, əzəmətini və qüdrətini qazanmışdır.