İran İslam Respublikasının baş prokuroru bildirib ki, Azərbaycan Respublikası səfirliyinə hücum hadisəsinin elə əvvəlindən məsələ barədə təhqiqat və təqib, iş gündəmində yer aldı.
Arannews :O, bildirib ki, diplomatiya yolu, həmçinin ikitərəfli anlaşma və həmkarlıqla nəzərdə tutulan hallar,/ addımbaaddım irəliləyir.
Cari milad ili yanvarın iyirmi yeddisində Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən silahlı şəxs səfirliyin mühafizə xidmətinin başçısını öldürdü. Bu zaman bu xidmətin iki üzvü də yaralandı.
İranın baş prokuroru höccətülislam Məhəmməd-Cəfər Müntəziri bu gün Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevlə telefon əlaqəsində həmin ölkənin səfirliyinə hücum hadisəsinin müxtəlif cəhətlərinin araşdırılması ətrafında azəri həmkarı ilə fikir mübadiləsi aparıb.
Sözügedən hadisənin müxtəlif cəhət və detallarının iki ölkənin siyasi və məhkəmə rəsmiləri tərəfindən araşdırılıb, təqib edildiyini bildirən iranlı rəsmi həmçinin iki dost və qonşu ölkə arasındakı məhkəmə həmkarlığı üzrə anlaşmanın davam etdiyini vurğulayıb. O, keçmişdə olduğu kimi, siyasi və məhkəmə anlaşma və əməkdaşlıqlarının iki xalq arasındakı dərin bağların daha da möhkəmlənməsinə səbəb olacağına ümid etdiyini bildirib.
Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev də öz növbəsində İran İslam Respublikasının məhkəmə və diplomatik səyləri və təqiblərinə görə minnətdarlıq və həmkarlıqların davam etməsinə təkid edib.
Son hadisə kimi olayların iki dost və qonşu ölkə arasındakı qarşılıqlı anlaşma və əməkdaşlıq fürsətlərinin itirilməsinə səbəb olmasına yol verilməməlidir- deyə Kamran Əliyev bildirib.