Tarix : 2023 Feb 16
Kod 63358

Təbrizlilər 22 Bəhmən yürüşündə şiə mərcəiyyətinə qarşı hörmətsizliyi pisləyib

Təbrizin inqilabçı və dindar cəmiyyəti 22 Bəhmən yürüşündə Azərbaycan Respublikası qəzetinin şiə təqlid mərcələrinə qarşı hörmətsizliyini pisləyib.
Arannews :Qəhrəman Təbrizin inqilabçı və dindar cəmiyyəti 22 Bəhmən yürüşündə İmam Xomeyni (r), İslam İnqilabı və Ali Məqamlı Rəhbərin ideyaları ilə əhd-peymanlarını yeniləməklə yanaşı, Azərbaycan Respublikası media və qəzetinin dini mərcəiyyəti və İranın Ali Rəhbərliyinin təhqir etməsini pisləyib.
Təbrizlilər bu möhtəşəm yürüşdə İslam ümmətinin düşmənlərinə elan etdilər ki, təhqirlərlə heç bir yerə çatmayacaqlar, əksinə, İslam ümmətini uşaq qatili olan sionist düşmənlər və onların mənfur varlığı və nüfuzu ilə mübarizədə daha da əzmkar edəcəklər. Şübhəsiz ki, sionist rejimin muzdurlarının yönəltməsi ilə şiə mərcəiyyətinə və rəhbərliyinə qarşı hörmətsizlik Azərbaycan xalqının daha çox oyanmasına, riya və batil pərdələrinin yırtılmasına səbəb olur və sionizmin muzdurlarının əsl mahiyyətini ortaya qoyur.
Qeyd edək ki, son aylarda Azərbaycan Respublikasındakı sionist rejimə bağlı bəzi media qurumları bu rejimin İordan çayının qərb sahilində və işğal olunmuş Fələstin ərazilərindəki zəiflik və uğursuzluqlarının əvəzini çıxmaq üçün rüşvət və vədlər
 alaraq böhtan və dinə zidd yazılar dərc edir, dini mərcələri təhqir edirlər.













































 
  • Yazılıb
  • da (də) 2023 Feb 16
  • Göndərən جهان کمالی