Tarix : 2023 Feb 16
Kod 63359

SEPAH-ın Baş komandanının müavini: Amerikalılar 2025-ci ili həlledici il hesab edirlər

Höccətül-islam vəl-müslimin Taib deyib: “Amerikalıların məhdud vaxtı var və sənədlərə görə, onların üç ildən səkkiz ilə qədər vaxtları qalır və bu səkkiz ildə onlar qlobal və ümumi imkanları həll etməlidirlər.”
AranNews - in verdiyi xəbərə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanının müavini höccətül-islam vəl-müslimin Hüseyn Taib fevralın 13-də Əmir Kəbir Universitetindəki çıxışında Rəcəb ayı münasibətilə təbriklərini bildirərək deyib: “Belə bir günlərdə sizin aranızda olduğumuz üçün bu tədbirdə sizə dünya vəziyyəti barədə izah verəcəyəm.”
H. Taib əlavə edib: “Müdafiə sahəsində amerikalıların Çinin oyununa necə aldandığını görürsünüz. Çinin hava şarını vurmaq üçün özlərinin ən qiymətli silahlarını havaya qaldırırlar. Çünki Çini 2030-cu ildə ilk təhlükə hesab edirlər. İkinci təhdid kimi Rusiyanı görürlər və belə şərh edirlər ki, dünya müharibəsini başlada biləcək ölkə Rusiyadır. Növbəti problem Amerika demokratiyasını zəiflədən və yeni idarəetmə modeli təqdim edən ölkələrdir. Onlar İranı nəzərdə tuturlar və İranı öz maraqlarını təhdid edən üçüncü ölkə hesab edirlər.”
SEPAH-ın baş komandanının müavini vurğulayıb ki, Amerika və sionist rejim İranı özləri üçün təhlükə hesab edirlər və iddia edirlər ki, İran öz planlarını həyata keçirməkdədir və biz onun tərəqqisinə mane ola bilmədik. Nəhayət, sionist rejimin hər iki cinahı bu rejimin 80 illiyinə çatmayacağını proqnozlaşdırır.
H. Taib çıxışının digər hissəsində deyib: “Tövsiyə edirəm ki, bəzi sənədləri mütləq oxuyun: Amerikalıların 2020-2030-cu illər üçün Təxminlər Sənədi; Yeni onillikdə Avropanın milli təhlükəsizlik strategiyası sənədi. Bunları oxusanız, bu onilliyin həssaslığını və əhəmiyyətini daha yaxşı başa düşəcəksiniz. Amerikalılar deyirlər ki, 2025-ci il həlledici ildir: ya Amerika qlobal lider olacaq, ya da Sovet İttifaqı kimi dağılacaq. Milli təhlükəsizlik strategiyası sənədində Bayden 2025-ci ili 2030-cu il kimi təqdim edir və bildirir ki, Amerikanın taleyi həmin il müəyyənləşəcək. Amerika baxımından onların təhdidləri Çin, Rusiya və İrandır, amma bu ölkələrə qarşı çıxmaq baxımından birinci İran, sonra Rusiya, daha sonra Çin dayanır. Onların istifadə etdikləri strategiya iqtisadi sanksiyalar və iğtişaşlara dəstək idi.
Amerikalıların məhdud vaxtı var və sənədlərə görə, onların yalnız üç ildən səkkiz ildədək vaxtları qalır və bu səkkiz ildə onlar qlobal və ictimai imkanları həll etməlidirlər. Buna görə də düşmənçiliklərini davam etdirirlər. Onların metodu da hibrid müharibədir. Amerikalılar bu 44 il ərzində sərt, yarı sərt, yumşaq və hibrid olmaqla bütün müharibələrə əl atıblar. Onlar hər şeydə şübhə yaratmaq istəyirlər, növbəti mərhələdə onlar cəmiyyətin hər iki tərəfini qarşı-qarşıya qoyan sosial pozuntular ardıncadır. Beləliklə, bundan sonra hər iki tərəf hakimiyyətə qarışı çıxsın. Düşmənin son addımı və planı isə budur ki, ölkə daxilində bəzilərini irəli versinlər və yaranmış hadisələrdən öz xeyirlərinə istifadə etsinlər.”
O qeyd edib ki, Amerikalılar deyirlər ki, nə olursa olsun JCPOA-ya qayıtmalıyıq, ancaq məğlubiyyətə uğradıqlarını demək istəmirlər. Amerikalılar təxmin edirdilər ki, ikili hakimiyyətdə İslam Respublikasını mədəni və iqtisadi məsələlərdə təhlükəsizlik məsələlərinin vasitəsilə məhv edəcəklər, habelə, siyasi hakimiyyəti devirmək üçün mədəni və iqtisadi məsələləri izləyəcəklər. Şiddətli sanksiyalarla xalqın suyunu, qidasını, dərmanını kəsmək istəyirdilər. Amma bu yaxınlarda etiraf etdilər ki, İran iqtisadi cərrahiyyə ilə bu məsələləri həll edə bilmişdir.
Höccətül-islam vəl-müslimin Taib deyib: “Bu ilin 9 ayında ötən ilin 9 ayı ilə müqayisədə 30 faiz xarici valyutaya qənaət edilib, idxaldan gələn ərzaqla müqayisədə beş ton qənaət etmişik, nəhayət, paylama üzrə monitorinq yüksəlmiş və paylamada qənaət edilmişdir. Bu vəziyyətlə biz gələn il özümüzü buğda və digər ərzaq məhsulları ilə təmin edəcəyik, idxala ehtiyac olmayacaq. Qərblilər artıq yolun dəyişildiyini etiraf edirlər. Onların gözlədiyi kimi olmadı. Ona görə də güclü İranın formalaşmaması üçün bütün cəhdlərini göstərirlər, qavrayış nöqteyi-nəzərindən zəif tərəfləri böyütmək və məmnuniyyəti narazılığa çevirmək üçün hərəkətə keçirlər.”
SEPAH-ın Baş komandanının müavini əlavə edib: “Rza Pəhləvinin Əbdül-Həmidə təşəkkür etdiyini gördük. Qoy, əks cərəyanların hamısının bir yerə bağlı olduğu  hamıya bəlli olsun. Bizim etnik və dini ixtilafımız yoxdur, şiə və sünni bir yerdə yaşayır, amma bəziləri bu məsələdən sui-istifadə etmək istəyirlər.”
Zövq və fikirlər plüralizminin zəruriliyi ilə bağlı sualı cavablandıran Taib deyib ki, baxın, 20132017-ci il seçkilərində bütün cinahlar iştirak edirdi. İslahatçıların seçkilərdə qələbəsi diskurs deyildi. Bunun səbəbi mühafizəkarların əksəriyyəti idi. “2030” kimi sənədləri həyata keçirmək istəyirdilər. İdarəetmənin inteqrasiya olunduğu bu dövrdə biz mədəniyyət sahəsində səmərəliliyə doğru irəliləməliyik və bu sahənin problemlərini həll etməliyik. Bugün Avropa və Amerika ölkələrinin dron üzərindən hansı oyunları oynadığını gördük. Ukrayna müharibəsinin taleyini İran dronları müəyyən edirmi? Onlar əslində bizim elmi imkanlarımızın çox yüksək olduğunu etiraf etdilər.
O, ölkədə etirazların bəyan edilməsinin zəruriliyi ilə bağlı sualın cavabında belə deyib: “Heç kim etiraza qarşı deyil. Bir nəfər gəlsin desin ki, kiməsə etiraz etdiyi üçün ona narazılıq edilib, ya etiraz etməsinə icazə verilməyib. Amma kimsə ölkədə əcnəbilərin sözlərini icra etmək istəsə, heç bir təhlükəsizlik sistemi buna dözməz. İndi o yerə gəlib çatmışıq, hökumət deyir ki, harda korrupsiya görürsən, onunla mübarizə apar. Korrupsiya ilə mübarizə prosesində heç bir kompromis yoxdur. Korrupsiya ilə mübarizə aparmaqdan çəkinməməliyik. Bugün cəmiyyətin prioriteti və tələbi iqtisadi problemlərin həll edilməsidir. İndi biz problemin həllinə üstünlük verib, bahalığın qarşısını almalı, onu həll etməliyik.”
SEPAH səlahiyyətlisi filtrləmənin davam etdirilməsi ilə bağlı suala cavab olaraq belə deyib: “Məsləhətim odur ki, hibrid müharibəni ciddi qəbul edin. Hibrid müharibə deyir ki, bir məşhuru gətirin, onun sosial şəbəkə izləyicilərini həyəcanlandırın və zorakılıq yaradın.
Biz insanlara bunların əsl simasını tanıtmalıyıq. Bu halda onların izləyiciləri də azalacaq.”
O, Fəcr Festivalının keçirilməsi ilə bağlı deyib ki, bəziləri Fəcr Festivalının keçirilməməsi üçün əllərindən gələni etdi. Halbuki, gördüyümüz kimi, bu festival ən yüksək səviyyədə keçirildi, iştirakçıların sayı da əvvəlki illərdən və 2020-ci il olduğundan çox idi.
Höccətül-islam Taib deyib: “Bizim regional strategiyamız münasibətləri artırmaqdır. Amma şərtlərimiz vardır. Region ölkələri bizim strategiyalarımızı qəbul etməlidir. Beynəlxalq qayda-qanunları pozmamalıdır. Sionist rejimin strategiyalarından biri də qonşularımızla əlaqə qurmağa imkan verməməkdir.”
Mənbə: RASA Xəbər Agentliyi

 
  • Yazılıb
  • da (də) 2023 Feb 16
  • Göndərən جهان کمالی