İslam İnqilabının Aliməqamlı Rəhbəri Şərqi Azərbaycan vilayətinin bir qrup əhalisi ilə görüşündə vurğulayıblar: "İranın azadlıq bayrağı təbrizlilərin əlindədir".
Arannews :islam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətüllahül-üzma Xamenei bu gün səhər Şərqi Azərbaycan vilayətinin bir qrup əhalisi ilə görüşdə qeyd ediblər ki, 1978-ci il fevralın 18-i tarixi bir gün idi, yəni tarixdə həlledici məqam oldu.
O, həzrət sözlərinin davamında əlavə ediblər: "Həmin il yanvarın 9-da Qum şəhərində o qiyam baş verdi. Qumlular böyük iş gördülər, onlar təşəbbüsü öz əllərinə aldılar. Əlbəttə 19 dey Qum qiyamına bənzər qiyamlar ölkədə yenə də baş vermişdi, amma unudulmuşdu. 5 iyun 1963-cü ildəki o qırğınla və Tehran və Qumda və bir sıra digər şəhərlərdə baş verən o, nəhəng hərəkatla xalq ayağa qalxdı, can verdi, qan verdi, sayı da çox idi, amma unuduldu".
İslam İnqilabının Aliməqamlı Rəhbəri daha sonra buyurublar: "Təbrizlilər Qum qiyamını milli üsyana çevirdilər, onu ictimai hadisəyə çevirdilər, baxmayaraq ki, Təbrizdə sərtlik və şiddət daha çox idi, rejim o qədər əl-ayağını itirmişdi ki, küçəyə tanklar gətirdi, qırğın etdi, insanları öldürdü, lakin təbrizlilər geri çəkilmədilər".
"Təbrizlilər canlarını verdilər, qan verdilər, müqavimət göstərdilər, şüarlar verdilər, qiyam məsələsini milliləşdirdilər, onların fədakarlıq səsi bütün ölkəyə çatdı, buna görə də geniş yayıldı, Təbriz qiyamının 40-cı günü bir neçə yerdə qeyd edildi. Bu isə təbrizlilərin fəryadının bütün İranı bürüdüyü deməkdir", - deyə O, Həzrət əlavə ediblər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri qeyd ediblər ki, tarix yazmaq o deməkdir ki, bir ildən az bir müddət sonra monarxiyanın avtokrat hakimiyyəti alt-üst oldu. Təbriz cəsarətlə dayanıb, müqavimət göstərməklə keçmiş təcrübələrin təkrarlanmasına imkan vermədi".