Sionist rejimin keçmiş baş naziri etiraf edib ki, fələstinlilərə qarşı atəş açmaq haqda icazəni elan etmədən dəyişdirib, fələstinliləri qətliam etmək üçün hərbçilərin və sionistlərin icazələrini artırıb.
AranNews - Naftali Bennett sionist qəsəbələrində məskunlaşmış mühacirlərə məxsus radio ilə söhbətində bildirib ki, müxtəlif ordu hissələrinə verdiyi gizli göstərişdə silahlı şəxslərin fələstinlilərə atəş açmaq haqqında icazələri artırıb.
Sionist rejimin 7-ci kanalı Bennetin “Hanuş Adom” radiosu ilə söhbətinə istinadən xəbər verib: “O, bu sərəncamı baş nazir olduğu vaxt verib, amma məsələnin mediaya sızmasına imkan verməyib. Göstəriş məxfi və birbaşa olaraq bölmələrin komandirlərinə, xüsusən də Cenində çalışan bölmələrə çatdırılıb.”
Bennett etiraf edib: “Təlimatların dəyişdirilməsi hərbçilərə və sionistlərə daha geniş sərbəstlik verdi, beləliklə, onun baş nazirliyi dövründə çoxlu sayda fələstinli öldürüldü.”
Onun etirafına əsasən, Beirus-səb, Əl-Xəzirə, Bəni Bərak və Əl-Aadda həyata keçirilən silsilə əməliyyatlardan sonra o, hər gecə fasiləsiz olaraq həyata keçirilən dalğaqıran əməliyyatına başlanılması əmrini verib və həmin vaxt Fələstin hücumları dalğasını qismən dayandıra bilib.
Bennet öz cinayətini etiraf etməsinə baxmayaraq, nə üçün fələstinlilərin kütləvi şəkildə qətlə yetirilməsinə baxmayaraq, sionistlərin hələ də anti-sionist əməliyyatlar dalğası ilə üzləşdiyini açıqlamayıb.